DÜNYA
1 dəqiqə oxuma
Nepalda sel və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 623 nəfərə çatıb
Mərkəzi rayonlardakı xilasetmə əməliyyatlarına minlərlə polis əməkdaşı cəlb olunub
Nepalda sel və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 623 nəfərə çatıb
Nepalda sel və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 623 nəfərə çatıb / Reuters

Nepalda baş verən dağıdıcı sel və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı avqustun 29-na olan məlumata əsasən, 623 nəfərə yüksəlib. Axtarış-xilasetmə qrupları daşan çayların axınları ilə sürüklənən cəsədlərin çıxarılması işlərini davam etdirir.

Nepal polisi Çitvanda 233, Şərqi Navalparasidə isə 158 cəsəd daxil olmaqla, ümumilikdə 616 cəsədin sudan çıxarıldığını təsdiqləyib. Cəsədlər Hindistan sərhədinə qədər uzanan geniş ərazilərdə aşkar edilib.

Nepal hakimiyyəti tərəfindən verilən məlumata görə, 511-i əcnəbi olmaqla ən azı 638 nəfərin taleyi barədə məlumat yoxdur.

Nepal rəsmiləri 2.301 nəfərin xilas edildiyini və ya müxtəlif dərəcəli xəsarətlərlə müalicə olunduğunu bildirib. Xilas edilənlərin böyük hissəsi Nuvakot və Rasuva rayonlarının payına düşür.

Polis idarəsinin məlumatına görə, 27 polis əməkdaşından xəbər yoxdur. Xilasetmə işlərini idarə etmək üçün fəlakət bölgələrinə 4.811 nəfərlik heyət göndərilib.

Həmçinin Çinin rəsmi "Şinxua" (Xinhua) xəbər agentliyinin məlumatına əsasən, Çin ərazisində 7 nəfər həlak olub, 554 nəfər itkin düşüb.

MƏNBƏ:TRT