SİYASƏT
1 dəqiqə oxuma
Le Pen prezident seçiləcəyi təqdirdə Ukraynaya yardımları dayandıracağını bildirib
Fransada gələn il keçiriləcək prezident seçkilərinin favorit namizədlərindən olan Marin Le Pen Ukraynanın Fransadakı səfiri ilə görüşündə seçkilərdə qalib gələcəyi təqdirdə Kiyev rəhbərliyinə göstərilən maliyyə dəstəyini dayandıracağını bəyan edib
Le Pen prezident seçiləcəyi təqdirdə Ukraynaya yardımları dayandıracağını bildirib
Le Pen prezident seçiləcəyi təqdirdə Ukraynaya yardımları dayandıracağını bildirib / Reuters (Wire)

Milli Birlik (RN) partiyasının təmsilçisi Marin Le Pen ilə Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko arasında dünən Parisdə keçirilən görüşlə bağlı yazılı açıqlama verilib.

M.Le Pen görüş zamanı Fransanın dövlət maliyyəsinin hazırkı vəziyyətinin qarşıdakı aylarda Ukraynaya maliyyə yardımı ayırmağa imkan verməyəcəyini bir daha vurğulayıb.

Digər tərəfdən, Le Pen ölkəsinin Avropa İttifaqı (Aİ) çərçivəsində Kiyev rəhbərliyinə 90 milyard avroluq kredit ayrılması ilə bağlı öhdəliklərinə sadiq qalacağına dair zəmanət verib. O, səfir V.Omelçenkoya humanitar yardım və daha fəal diplomatiya vasitəsilə Ukraynanı dəstəkləməyə davam edəcəklərini vəd edib.

Qeyd edək ki, Aİ Macarıstanın etirazı səbəbindən bir müddətdir təxirə salınan Ukraynaya 90 milyard avroluq kredit paketini aprel ayında təsdiqləyib.

Dövlət borcu səbəbindən çətin vəziyyətdə olan Fransada Ukraynaya edilən maliyyə yardımları yaxınlaşan 2027-ci il seçkiləri ərəfəsində prezidentliyə namizədlərin gündəminə gəlib. Seçki yarışının öndə gedən simalarından olan Le Pen kampaniya dövründə bu yardımları kəsəcəyini tez-tez dilə gətirir.

Qeyd edək ki, ölkədə gələn il keçiriləcək seçkilərdə iki müddət ardıcıl olaraq bu vəzifəni icra edən Prezident Emmanuel Makron yenidən namizədliyini irəli sürə bilməyəcək.

MƏNBƏ:TRT