DÜNYA
1 dəqiqə oxuma
ABŞ kəşfiyyatı:''İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır''
Məlumatda qeyd olunur ki, müşahidə edilən hərbi hərəkətlilik İsrailin hücuma hazırlaşdığını göstərir
ABŞ kəşfiyyatı:''İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır''
/ AP

CNN-in bir neçə rəsmiyə istinadən verdiyi məlumata görə, ABŞ, İsrailin İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşdığına dair yeni kəşfiyyat məlumatları əldə edib.

Çərşənbə axşamı dərc olunan hesabatda qeyd olunur ki, İsrail rəhbərliyi hələ yekun qərar verməyib, lakin ələ keçirilən rabitə və müşahidə edilən qoşun hərəkətləri, potensial əməliyyata hazırlığın getdiyini göstərir.

"İsrailin İranın nüvə obyektinə hücum etmə ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb", - deyə mənbə CNN-ə bildirib.

Mənbə həmçinin vurğulayıb ki, Donald Trampın İranla bağladığı və uran ehtiyatlarını tamamilə aradan qaldırmayan razılaşma, İsrailin hərbi əməliyyatlar keçirmə ehtimalını artırır.

Hesabata əsasən, ABŞ həmçinin İsrailin müəyyən hərbi fəaliyyətlərini, o cümlədən hava sursatlarının hərəkətini və genişmiqyaslı hava təlimlərinin tamamlanmasını müşahidə edib.

Bununla belə, Tramp administrasiyasındakı mənbə bildirib ki, İran hərbi əməliyyatlara başlamazsa, Vaşinqton belə bir hücumu dəstəkləməkdən çəkinəcək.

ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana ABŞ-ın təkliflərinə tez cavab verməyəcəyi təqdirdə "pis bir şeylə" üzləşəcəyini bildirmişdi, lakin İran rəsmiləri hər hansı rəsmi təklifi qəbul etməyiblər.

Araşdırma
Rusiyanın Krasnodar bölgəsinə PUA hücumundan sonra neft emalı zavodunda yanğın baş verib
Oman sahillərində neft tankeri vurulub
Nikol Paşinyan yaxın gələcəkdə Aİ-yə üzvlük üçün müraciət edəcəklərini bildirib
İsrail ordusu Suriyanın cənubuna yeni hərbi müdaxilə həyata keçirib
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 73 420-yə çatıb
V. Zelenski Permdəki neft emalı zavodunun vurulduğunu açıqlayıb
İndoneziya və Çin xarici işlər nazirləri Cakartada görüşüblər
BMT məruzəçisi fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrailə reaksiya göstərib
Yaponiyada oyun zalını yandıraraq 5 nəfərin ölümünə səbəb olan məhkum edam edildi
İsrail qüvvələri Cenində bir fələstinlini də qətlə yetirib
Nigeriyada qayığın batması nəticəsində 52 nəfər ölüb
Antonio Quterreş Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumlarını kəskin pisləyib
Pakistan və Suriya ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə ediblər
Qəzzada xərçəng xəstələri isti havada və çadır şəraitində həyatda qalmaq üçün mübarizə aparırlar
İsveçrə Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyib
Rusiya: Kiyevin mövqeyi böhranın sülh yolu ilə həlli ehtimalını zəiflədir
İsrail gecə saatlarında Livanın cənubuna hava zərbələri endirib
İsrail iki ildən çox inkardan sonra 5 yaşlı Hind Rəcəbi öldürdüyünü etiraf edib
İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 71 nəfərə çatıb
İsrailin polis məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb