DÜNYA
2 dəqiqə oxuma
İsrailin Qəzzaya son hücumları nəticəsində onlarla fələstinli həlak olub
Fələstin mənbələrinin məlumatına görə, İsrail ordusu 2023-cü ilin oktyabrından bu yana Qəzzadakı 234 sığınacağa ağır zərbələr endirib
İsrailin Qəzzaya son hücumları nəticəsində onlarla fələstinli həlak olub
/ AA

Səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrailin Qəzzaya son hücumları nəticəsində daha 54 fələstinli həlak olub, onlarla insan yaralanıb.

Çərşənbə günü İsrailin Qəzzanın Tuffah məhəlləsindəki bir məktəbə endirdiyi hava zərbələri nəticəsində 16 nəfər həyatını itirib. Bildirilib ki, bir neçə nəfər hələ də dağıntılar altındadır..

Bu hücum, İsrailin bir gün əvvəl Qəzzanın mərkəzində yerləşən Bureyc qaçqın düşərgəsindəki məktəbə endirdiyi zərbələrdən sonra baş verib. Həmin hücum nəticəsində azı 33 nəfər ölüb, 73 nəfər isə yaralanıb.

Qəzzadakı hökumətin media ofisinin yaydığı məlumata əsasən, 2023-cü ilin oktyabr ayından bəri İsrail ordusu azı 234 sığınacağı hədəf alıb.

Digər bir səhiyyə mənbəsi Qəzzanın Vahda küçəsində yerləşən bazara edilən hücum nəticəsində azı 22 nəfərin öldüyünü bildirib. Məlumatda bildirilir ki, ölənlər arasında bir neçə uşaq və bir jurnalist də var. "Anadolu" agentliyinin müxbiri hücumun insanların ən sıx olduğu saatlarda həyata keçirildiyini qeyd edib.

Xan Yunis şəhərində bir evə endirilən növbəti zərbə nəticəsində biri uşaq olmaqla 8 nəfər həyatını itirib. Eyni bölgənin Beni Suheylə qəsəbəsində yerləşən başqa bir evə endirilən zərbə nəticəsində bir fələstinli və onun həyat yoldaşı həlak olub.

İsrail ordusu həmçinin Deyr əl-Bələhdəki Munasira qaçqın düşərgəsində biri uşaq olmaqla daha üç fələstinlini öldürüb. Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsinin Tel əl-Zaatar məhəlləsindəki bir evə endirilən hava zərbəsi nəticəsində isə daha 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, İsrail ordusu mərkəzi yaşayış məntəqələrindən olan Nusairat qaçqın düşərgəsindəki bir neçə evi tamamilə söküb.

İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzaya təşkil etdiyi hücum nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 52.600-dən çox insan həyatını itirib.

2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barəsində Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətmək ittihamı ilə həbs qərarı çıxarıb.

Bundan əlavə, İsrail yaşayış məntəqələrində apardığı müharibə səbəbilə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə üz-üzədir.

MƏNBƏ:TRT Global
Araşdırma
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib