24 noyabr 2025
Misirdə parlament seçkiləri çərçivəsində bu səhər 13 vilayətdə başlayan səsvermə davam edir. Bu barədə “Əl Qahera News” telekanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, seçkilərdə 1316 namizəd mübarizə aparır. Səsvermə noyabrın 24-də yerli vaxtla saat 9:00-da (06:00 GMT) başlayıb və noyabrın 25-də yerli vaxtla saat 21:00-da (18:00 GMT) başa çatacaq.
Milli Seçki Qurumu (MSQ) vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb. Qurum seçki prosesinin şəffaflığının təmin ediləcəyini, həmçinin seçicilərin iradəsinin səsvermə qutusunda dəqiq əks olunacağına zəmanət verdiyini bildirib.
MSQ-nin məlumatına əsasən, Misirdə 35 milyon vətəndaş səsvermə hüququna malikdir.











