DÜNYA
2 dəqiqə oxuma
İsrailli əsgərin Livanın cənubunda İsa peyğəmbərin heykəlini parçalaması qəzəbə səbəb olub
İsrail ordusu Livanın cənubunda əsgərlərdən birinin İsa peyğəmbərin heykəlini parçaladığını göstərən görüntülərin həqiqi olduğunu təsdiqləyib
İsrailli əsgərin Livanın cənubunda İsa peyğəmbərin heykəlini parçalaması qəzəbə səbəb olub
İsrailli əsgərin Livanın cənubunda İsa peyğəmbərin heykəlini parçalaması qəzəbə səbəb olub. / Reuters
4 saat əvvəl

İsrail ordusu Livanın cənubunda xristian simvollarından birinə zərər verən israilli əsgəri əks etdirən fotonun həqiqi olduğunu bildirib.

Həmin açıqlama Deyr Siryan qəsəbəsində əsgərlərdən birinin İsa peyğəmbərin heykəlinin başını kəsici alətlə parçaladığını göstərən videoya qarşı yaranan geniş reaksiyalardan sonra verilib. İsrail ordusu hadisənin Livanın cənubunda vəzifədə olan əsgərlərdən biri tərəfindən törədildiyini müəyyən edib.

Bu hörmətsizlik İsrail ordusunun "dini binalar və ya dini simvollar da daxil olmaqla, mülki infrastruktura zərər vermək niyyətimiz yoxdur" israrına baxmayaraq baş verib.

Ordu hadisənin Şimal Komandanlığı tərəfindən araşdırıldığını iddia etsə də, əsgərin şəxsiyyəti və ya intizam məsuliyyətinə cəlb edilib-edilməyəcəyi barədə məlumat verməyib.

ABŞ Konqresinin keçmiş üzvü Marcəri Teylor Qrin (Marjorie Taylor Greene) xəbərə kəskin reaksiya göstərərək, milyardlarla dollarlıq vergi pulları və silah alan ABŞ-nin "ən böyük müttəfiqini" tənqid edib.

ABŞ mediasının tanınmış simalarından olan Rayan Qrim (Ryan Grim) isə "İsrail əsgərləri müharibə cinayətlərinin və mədəni dağıntılarının görüntülərini iki il yarımdır fasiləsiz yayımlayırlar" deyib.

Tanınmış sağçı şərhçi və keçmiş konqresmen Mətt Qeyts (Matt Gaetz) İsrailin bu hərəkətini "dəhşətli" adlandırıb.

Livan mediası eyni bölgədəki Ayn Ebel kəndində başqa bir xristian məkanına da ziyan dəydiyini bildirib.

Hesabatlar İsrail hücumlarının Sur bölgəsindəki Şamaa kəndi də daxil olmaqla, Livanın cənubundakı bir çox dini məkanı vurduğunu göstərir.

Ötən həftələrdə də İsrail polisi Katolik Müqəddəs Həftə tədbirlərinin açılışını simvolizə edən Palma Bazar Günü Bayramı (Dallar Bayramı) ayinini idarə etmək üçün Qüdsdəki Müqəddəs Qəbir kilsəsinə girmək istəyən Latin Patriarxı Kardinal Pierbattista Pizzaballaya mane olmuşdu.

Qüds Latın Patriarxlığı mətbuat açıqlamasında bildirib ki, Qüds Latın Patriarxı Kardinal Pierbattista Pizzaballa və Müqəddəs Qəbir Kilsəsinin rəsmi himayədarı və Müqəddəs Torpaqlar nümayəndəsi keşiş Françesko İelpo (OFM) Palma Bazar Günü ibadətini yerinə yetirmək üçün kilsəyə girmələrinə icazə verilməyib və geri qayıtmağa məcbur ediliblər.

Qüds Latin Patriarxlığı yaydığı bəyanatda qeyd edib ki, yüz illərdir ilk dəfə kilsə liderlərinin Müqəddəs Qəbir kilsəsində ayin icra etmələrinə mane olunub.

Araşdırma
ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə qarşı əməliyyat keçirib
İran müharibəsi gedən bir vaxtda ABŞ, Yaponiya və Filippin genişmiqyaslı hərbi təlimlər keçirir
İran ABŞ qüvvələrinin ticarət gəmisini ələ keçirməsindən sonra qisas alacağını bildirib
İran hakimiyyəti Hörmüz boğazını yenidən bağladı
İran Hörmüz boğazının bütün ticarət gəmiləri üçün açıldığını elan etdi
Suriya qoşunları ABŞ əsgərlərinin çıxmasından sonra Həsəkədəki Kasrak hava bazasına daxil olub
Beynəlxalq Enerji Agentliyi: ''Avropanın 6 həftəlik yanacaq ehtiyatı qalıb"
İsrail Livandakı ölümcül hücumlarını davam etdirir
ABŞ-nin blokadasına baxmayaraq, İranla əlaqəli gəmilər körfəzə girmək üçün yeni marşrut izləyirlər
Rusiyanın Ukraynaya qarşı təşkil etdiyi hücumlar nəticəsində üç nəfər həlak olub
Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək
Əfqanıstan Qəzzaya 500 tondan çox yardım göndərib
Şahbaz Şərif Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə səfər edəcək
Si Cinpin Pekində Sergey Lavrov ilə görüşüb
25 gəmi Hörmüz boğazından keçib
IFRC Türkiyədən İrana daha çox yardım göndərməyi planlaşdırır
ABŞ tərəfindən sanksiyaya məruz qalan Çin tankeri Hörmüz boğazı blokadasını yarıb
İsrailin Qəzzaya təşkil etdiyi hava hücumunda 3 nəfər həlak olub
ASEAN dəniz hərəkətinin dayanması və ABŞ-İran gərginliyi səbəbindən təmkinli olmağa çağırıb
Rusiya və Ukrayna yenidən qarşılıqlı PUA hücumlarına başlayıb