DÜNYA
1 dəqiqə oxuma
SDQ terror təşkilatının həyata keçirdiyi hücum nəticəsində iki suriyalı əsgər həlak olub
Bu barədə Suriyanın rəsmi SANA xəbər agentliyi məlumat yayıb
SDQ terror təşkilatının həyata keçirdiyi hücum nəticəsində iki suriyalı əsgər həlak olub
SDQ terror təşkilatının həyata keçirdiyi hücum nəticəsində iki suriyalı əsgər həlak olub
26 sentyabr 2025

Suriyanın Hələb şəhərinin Deyr Hafir bölgəsində SDQ terror təşkilatının həyata keçirdiyi hücum nəticəsində iki suriyalı əsgər həlak olub.

Bu barədə Suriyanın rəsmi SANA xəbər agentliyi məlumat yayıb.

Suriya Müdafiə Nazirliyinin Media və Kommunikasiya Departamentindən verilən məlumata görə, SDQ son günlərdə Hələbin şərqində yerləşən kənd və qəsəbələri minaatan və raketlərlə atəşə tutaraq həm hərbçilərə, həm də mülki şəxslərə zərər vurub.

Qeyd edək ki, SDQ PKK-nın Suriyadakı qolu olan YPG terror təşkilatının nəzarətində fəaliyyət göstərir.

Türkiyə, ABŞ və Avropa İttifaqı PKK-nı rəsmi olaraq terror təşkilatı kimi tanıyır.

Suriya Prezident Aparatı martın 10-da SDQ-nin dövlət qurumlarına inteqrasiyası ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Bəyanatda ölkənin ərazi bütövlüyü xüsusi vurğulanıb və separatçı gündəmlərin qəbul edilmədiyi bildirilib.

Bununla belə, Deyr Hafir bölgəsindəki hücumlar Suriyada sabitliyin təmin olunmasına yönələn səyləri çətinləşdirməkdə davam edir.

Suriya Müdafiə Nazirliyi bildirib ki, təhlükəsizlik qüvvələri SDQ-nin hücumlarına qətiyyətlə cavab verir və hücumların artmasının regionda sabitləşmə prosesinə ciddi zərər vuracağı barədə xəbərdarlıq edib.

Nazirlik beynəlxalq aktorları PKK-ya tabe olan silahlı qruplara dəstək verməməyə çağırıb.

Araşdırma
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''