DÜNYA
1 dəqiqə oxuma
Rusiya Ukraynanın Pokrovsk şəhərini nəzarətə götürdüyünü açıqladı
Bu barədə Kremlin rəsmi “Telegram” kanalında yaydığı bəyanatda bildirilib
Rusiya Ukraynanın Pokrovsk şəhərini nəzarətə götürdüyünü açıqladı
Rusiya Ukraynanın Pokrovsk şəhərini nəzarətə götürdüyünü açıqladı / Reuters

Rusiya Ukraynanın şərqindəki Pokrovsk şəhərini və şimal-şərqindəki Vovçansk şəhərini ələ keçirdiyini açıqlayıb. Bu barədə Kremlin dekabrın 1-də rəsmi “Telegram” kanalında yaydığı bəyanatda bildirilib.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Prezident Vladimir Putin Ukraynadakı əməliyyatın kritik nöqtəsi olan Pokrovskın ələ keçirilməsinin ordunun məqsədlərinə çatmasına imkan verəcəyini bildirib.

V.Putin deyib: “Bu, çox vacib bir xəttdir. Hamımız bunun nə qədər vacib olduğunu bilirik. Bu inkişaf xüsusi hərbi əməliyyatın əvvəlində qoyduğumuz məqsədlərin növbəti mərhələlərdə əldə olunacağını təmin edəcək. Rusiya silahlı qüvvələri əməliyyatın məqsədlərinə çatmağa davam edir. Rusiya qoşunları demək olar ki, bütün istiqamətlərdə irəliləyir’’.

Rusiya lideri Ukraynanın Rusiya ordusunun irəliləməsinə cavab verə bilmədiyini iddia edib və xüsusilə cənubi Zaporojye bölgəsindəki nailiyyətləri vurğulayıb.

Putin döyüşlərdə ağır itkilər verən Ukrayna qoşunlarının vəziyyətini “Ukrayna xalqı üçün faciə” adlandırıb.

Pokrovsk son aylarda Rusiyanın intensiv hücumlarının hədəfinə çevrilib.

Ukrayna ötən ay şəhərə xüsusi təyinatlı qüvvələr də daxil olmaqla, gücləndirmə qüvvələri göndərib, lakin yüzlərlə rus əsgərinin şəhərə daxil olmasının qarşısını ala bilməyib. Xarkov bölgəsindəki Vovçansk isə 2024-cü ilin may ayından bəri şiddətli döyüşlər nəticəsində əsasən dağıdılıb.

Rusiyanın müdafiə naziri Andrey Belousov Vovçanskın ələ keçirilməsini “qələbəyə doğru mühüm addım” kimi təsvir edib.

Araşdırma
ABŞ İranın cənubuna ağır zərbələr endirib
İran regionda "düşmən bazalarını" hədəf alan genişmiqyaslı raket və PUA hücumları həyata keçirib
Ukrayna Rusiyanın "kölgə donanması"na aid 14 gəmiyə zərbə endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının bağlandığını elan edib
ABŞ ordusu İranın cənubuna ağır zərbələr endirdiyini açıqlayıb
Ukraynaya məxsus PUA-lar Rusiyanın neft emalı zavodlarına zərbələr endirib
İspaniyada güclü meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib
K.Mitsotakis Prezident R.T.Ərdoğanla konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirib
Donald Tramp NATO sammitində mühüm məsələlərin həll olunduğunu açıqlayıb
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib
ABŞ İrana ağır zərbələr endirib
Mark Rutte Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmaq niyyətindədir"
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir''
İsrail atəşkəsi pozmağa davam edir
Putin və Tramp Ankaradakı NATO sammiti əvvəlində Ukraynanı müzakirə ediblər
İranda Xameneinin dəfn mərasiminin ikinci günündə dualar oxunub
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub
Ukrayna Konstantinovkanın Rusiya tərəfindən işğal edilməsi iddialarını təkzib edib