''Hizbullah'':''Bütün gücümüzlə İsrailə müqavimət göstərəcəyik"
"Hizbullah"ın baş katibi Naim Qasım qruplaşmanın istənilən şəraitdə özünü müdafiə edəcəyini və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bəyan edib
"Hizbullah"ın baş katibi Naim Qasım qruplaşmanın istənilən şəraitdə özünü müdafiə edəcəyini və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bəyan edib.
O, bildirib ki, qruplaşmanın raket zərbələri Israelin son 15 ayda törətdiyi hücumlara, o cümlədən Əli Xameneinin öldürülməsinə cavabdır.
Baş katib qeyd edib ki, son 15 ayda İsrailin hücumları nəticəsində 500 nəfər həlak olub. O, işğal faktı mövcud olduğu müddətcə müqavimət göstərməyin və silahlanmağın qanuni hüquq olduğunu vurğulayıb.
Martın 2-də "Hizbullah"ın İsrailin şimalındakı hərbi obyektə raket və PUA-larla zərbə endirməsindən sonra Livanda gərginliyin səviyyəsi artıb.
Qruplaşmanın məlumatına görə, bu hücum İsrailin davam edən hava əməliyyatlarına və Əli Xameneinin öldürülməsinə cavab xarakteri daşıyır.
Buna cavab olaraq İsrail ordusunun həyata keçirdiyi hava hücumları nəticəsində azı 72 nəfər ölüb, təxminən 450 nəfər isə yaralanıb. Eyni zamanda İsrail ordusu Livanın cənubunda quru əməliyyatlarına başlayıb. Məlumata görə, İsrail 2024-cü ilin noyabrında "Hizbullah"la əldə olunmuş atəşkəs razılaşmasını mütəmadi olaraq pozub və bu hücumlar yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.
Qeyd edək ki, ABŞ və İsrail şənbə günündən etibarən İrana qarşı genişmiqyaslı hücumlarını davam etdirir. Məlumatlara görə, bu hərbi əməliyyatlar nəticəsində İranın ali dini lideri Əli Xamenei və yüksək vəzifəli hərbi rəsmilər də daxil olmaqla təxminən 900 nəfər həyatını itirib.