SİYASƏT
2 dəqiqə oxuma
Pedro Sançes müharibə istəmədiyini bildirdi və ABŞ-yə "kor-koranə itaəti" rədd etdi
Pedro Sançes İspaniyanın "dünya üçün pis olan" hərəkətlərə "qisas qorxusu" ilə "şərik olmayacağını" vurğulayaraq, İraq müharibəsinin dərslərini xatırladıb.
Pedro Sançes müharibə istəmədiyini bildirdi və ABŞ-yə "kor-koranə itaəti" rədd etdi
Pedro Sançes / AFP

İspaniyanın Baş naziri Pedro Sançes martın 4-də Yaxın Şərqdəki hərbi gərginliklərlə "kor-koranə və itaətkar" bir uzlaşmanı qətiyyətlə rədd edərək, İsrail, ABŞ və İran arasında dərhal atəşkəs tələb edib.

ABŞ-nin "X" sosial media platformasında paylaşılan video müraciətində Sançes İspaniyanın mövqeyini qəti şəkildə “müharibəyə yox" olaraq bəyan edib.

2003-cü il İraqın işğalı ilə birbaşa paralellik quran Sançes "Azor adaları zehniyyəti" barədə xəbərdarlıq edib. O, 2003-cü il Azor sammitinə istinad edərək, burada ABŞ prezidenti Corc Buş, Böyük Britaniyanın Baş naziri Toni Bleyer və İspaniyanın Baş naziri Xose Mariya Aznarın diplomatiyaya arxa çevirərək İraqın işğalından əvvəl Səddan Hüseynə son ultimatum təqdim etmələrini xatırladıb və bunun Avropaya daha "təhlükəli bir dünya" və "daha pis həyat" gətirdiyini bildirib.

O qeyd edib ki, İspaniya "qisas qorxusu" səbəbindən dünya üçün “pis olan" hərəkətlərə "şərik" olmayacaq.

Sançes həmçinin İspaniya ordusunun bölgədəki vətəndaşlar üçün "gecə-gündüz" təxliyə mexanizmlərini koordinasiya etmək istiqamətində çalışdığını təsdiqləyib. O, çıxışını bu sözlərlə bitirib: "Ölkəmizin iqtisadi, institusional və eyni zamanda mənəvi gücünə tam etibarımız var və belə məqamlarda ispan olduğumuz üçün hər zamankindən daha çox qürur duyuruq".

Qeyd edək ki, ABŞ və İspaniya arasında gərginlik yüksək həddədir. Madrid həm İrana qarşı hücumları pisləyib, həm də Vaşinqtonun İspaniyadakı hərbi bazalardan İrana qarşı zərbələr üçün istifadə etməsinə icazə verməkdən imtina edib.

Bundan əvvəl İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bazalara giriş məsələsində yaranan gərginlikdən sonra İspaniyanın ABŞ ilə hərbi əməkdaşlığa razı olması barədə iddiaları "qəti dildə" rədd etmişdi.

"Cadena SER" radiosuna açıqlama verən Albares Ağ Evin iddialarını təkzib edərək vurğulayıb: "Yaxın Şərqdəki müharibə və İrana qarşı bombardmanlar İspaniya hökumətinin bazalarımızdan istifadə ilə bağlı mövqeyini bir vergül belə dəyişməyib".

Bu təkzib Ağ Evin sözçüsü Karoline Livittin İspaniyanın əməkdaşlığı qəbul etdiyini söyləməsindən sonra gəlib. Livitt bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp avropalı müttəfiqini "bütün ticarəti kəsməklə" hədələdikdən sonra bu razılıq əldə olunub. Trampın ultimatumu Madridin ABŞ-yə İspaniya torpaqlarındakı bazalardan İrana hücum etmək üçün istifadəni qadağan etməsindən sonra verilmişdi.

Livitt jurnalistlərə açıqlamasında deyib: "İspaniya ilə bağlı düşünürəm ki, dünən prezidentin mesajını yüksək və aydın şəkildə eşitdilər və anladığım qədərilə... ABŞ ordusu ilə əməkdaşlıq etməyə razı oldular, bu səbəbdən ABŞ ordusunun İspaniyadakı tərəfdaşları ilə koordinasiya yaratdığını bilirəm".

Araşdırma
''Hizbullah'' rəsmi Beyrutu İsraillə danışıqları dərhal dayandırmağa çağırıb
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb