DÜNYA
1 dəqiqə oxuma
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayından bəri işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlar nəticəsində 1063-dən çox fələstinli həlak olub, 10 300 nəfər isə yaralanıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
3 noyabr 2025

İki gənc fələstinli işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni şəkildə məskunlaşan yəhudilər və İsrail qüvvələrinin hücumu nəticəsində həlak olub.

WAFA xəbər agentliyinin məlumatına görə, 19 yaşlı Əhməd Rubhi əl-Ətraş El-Xalil şəhərinin şimal girişində qeyri-qanuni şəkildə məskunlaşan yəhudilər tərəfindən güllələnib.

Şahidlərin məlumatına görə, İsrail qüvvələri Qırmızı Xaç Komitəsinin tibbi yardım qruplarının əl-Ətraşa çatmasına mane olub və bu səbəbdən gənc fələstinli hadisə yerində həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyinin yaydığı bəyanata əsasən, 17 yaşlı Cəmil Atef Hannani İsrail qüvvələrinin Nablusun şərqində yerləşən Beyt Furiq şəhərinə təşkil etdiyi basqın zamanı öldürülüb.

Fələstin Qızıl Aypara Cəmiyyəti Hannaninin sinəsindən güllə yarası aldığını və Rafidiya Dövlət Xəstəxanasına aparıldığını açıqlayıb. Lakin gəncin xəstəxanada edilən bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdiyi bildirilib.

Fələstin mənbələrinin verdiyi məlumata görə, İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayından bəri işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlar nəticəsində 1063-dən çox fələstinli həlak olub, 10 min 300 nəfər isə yaralanıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərini işğal etməsini qanunsuz elan edib və İordan çayının qərb sahili ilə Şərqi Qüdsdə yerləşən bütün yəhudi yaşayış məntəqələrinin boşaldılmasını tələb edib.

Araşdırma
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''
Beynəlxalq Miqrasiya Təşkilatı Sudanda artan təhlükəsizlik problemlərinə diqqət çəkib