İsrail ordusu Livanın cənubunu bombalamağa davam edir

İsrail ordusu minlərlə sakinin təxliyə edilməsi barədə xəbərdarlıq yaydıqdan sonra Beyrutun cənub ətrafındakı yaşayış məntəqələrinə yeni hava zərbələri endirib

By
İsrail ordusu Livanın cənubunu bombalamağa davam edir / AFP

İsrail ordusu minlərlə sakinin təxliyə edilməsi barədə xəbərdarlıq yaydıqdan sonra Beyrutun cənub ətrafındakı yaşayış məntəqələrinə yeni hava zərbələri endirib.

Livanın NNA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail döyüş təyyarələri "Əl-Səhel" xəstəxanasının yaxınlığındakı Əl-Cəmus və Haret Hreyk ərazilərini hədəf alan azı beş hava hücumu həyata keçirib. Hücumlardan öncə İsrail ordusunun sözçüsü Aviçay Adrae sakinləri dərhal evlərini tərk etməyə çağıraraq, Burj əl-Barajneh və Hadath məhəllələrində yaşayanların Şam şossesi ilə Livan dağlarına doğru, Haret Hreyk və Şiyə sakinlərinin isə Tripoli və ya Metn şossesi ilə şimal və şərq istiqamətində hərəkət etmələrini tələb edib.

Marın 2-dən etibarən intensivləşən hava hücumları nəticəsində 120-dən çox insan həlak olub, 700-ə yaxın şəxs isə yaralanıb. Hazırkı gərginlik ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hücumundan sonra daha da kəskinləşib.

Məlumatlara görə, ötən şənbə günündən bəri davam edən əməliyyatlarda İranın ali dini lideri Əli Xamenei və yüksək vəzifəli hərbi rəsmilər də daxil olmaqla 900-dən çox insan həyatını itirib. İran tərəfi buna cavab olaraq İsrail və ABŞ hərbi obyektlərinin yerləşdiyi Körfəz ölkələrinə PUA və raket zərbələri endirib.

İsrail 2024-cü ilin noyabrında Livanla imzalanmış atəşkəs razılaşmasını mütəmadi olaraq pozaraq hər gün çoxsaylı insan itkisinə səbəb olan hücumlarını davam etdirir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında başlayan hərbi toqquşmalar 2024-cü ilin sentyabrında tammiqyaslı münaqişəyə çevrilib. Bu münaqişə dövründə ümumilikdə 4 mindən çox insan həlak olub, təxminən 17 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.