Marko Rubio və Pit Heqsetin olduğu hərbi baza üzərində naməlum dronlar müşahidə edilib

"Washington Post" qəzetinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin yaşadığı Vaşinqtondakı hərbi baza üzərində çoxsaylı naməlum dronlar müşahidə olunub

By
Marko Rubio və Pit Heqsetin olduğu hərbi baza üzərində naməlum dronlar müşahidə edilib / Reuters

"Washington Post" qəzetinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin olduğu hərbi baza üzərində çoxsaylı naməlum dronlar müşahidə olunub. Fort Makneyr bazasında baş verənlər Ağ Evdə təcili iclasın keçirilməsinə və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə çatdırılmasına səbəb olub.

Qəzetə müsahibə verən mənbələr bildirib ki, son 10 gün ərzində naməlum dronlar Fort Makneyr bazasının üzərində çoxsaylı uçuşlar həyata keçirib. Yüksək vəzifəli rəsmilər qeyd edirlər ki, Marko Rubio və Pet Heqsetin başqa yerə köçürülməsi müzakirə edilsə də, hələlik bu addım atılmayıb.

Qeyd olunur ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı hücumları fonunda ordu tam hazırlıq vəziyyətindədir. Pentaqonun sözçüsü Şon Parnel müdafiə nazirinin hərəkət planlarını müzakirə etməyin “böyük məsuliyyətsizlik” olduğunu bildirib. Dövlət Departamenti isə qəzetin suallarına cavab verməyib.