ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
NVIDIA insanabənzər robotlar üçün "T5000" çipini təqdim etdi
Yeni “Jetson Thor” sistemi və “Blackwell GPU”ları ilə gücləndirilmiş çip robotlara real vaxtda görmə, düşünmə və hərəkət etmə qabiliyyəti qazandıracaq
NVIDIA insanabənzər robotlar üçün "T5000" çipini təqdim etdi
NVIDIA
26 avqust 2025

NVIDIA robotların insan kimi dünya ilə qarşılıqlı əlaqə quracağı “fiziki süni intellekt” dövrünü başlatmaq məqsədilə “T5000” adlı yeni çipini təqdim edib. Şirkət bu layihəyə böyük inamla sərmayə investisiya edir.

Arnold Şvartseneggerin məşhurlaşdırdığı “Terminator 2” filmindəki “T800” və forma dəyişən “T1000”dən ilhamlanan “T5000” çipi Hollivud ekranlarının hüdudlarını aşaraq həqiqi robot texnologiyasının növbəti addımı kimi təqdim olunur.

“T5000” NVIDIA-nın yeni “Jetson Thor” sistemi çərçivəsində hazırlanıb və robotlara superkompüter səviyyəsində “beyin” qazandırmağı hədəfləyir. Bu çip sayəsində robotlar istehsalçı süni intellekt modellərini işə sala, ətraf mühiti analiz edərək şərh edə biləcəklər.

Şirkətin məlumatına görə, ən yeni “Blackwell GPU” qrafik prosessorlar ilə işləyən “T5000” çipi əvvəlki model olan “Jetson Orin”dən 7,5 dəfə daha güclü süni intellekt performansına malikdir. Beləliklə, bu çiplə işləyən robotlar təkcə hərəkət etməyəcək, həm də real vaxtda görmə, düşünmə və fəaliyyət göstərmə imkanına sahib olacaqlar.

NVIDIA-nın qurucusu və baş icraçı direktoru Censen Huanq bildirib ki, yeni sistem robototexnika sahəsində çalışan milyonlarla proqramçı nəzərə alınaraq dizayn olunub. Censen Huanq deyib: “Jetson Thor”u, fiziki dünyayla qarşılıqlı əlaqə quran və bu dünyanı formalaşdıran robotik sistemlər üzərində işləyən milyonlarla inkişaf etdirici üçün hazırladıq. Unikal performans və enerji səmərəliliyi ilə çoxsaylı istehsalçı süni intellekt modelini eyni vaxtda işlətmə qabiliyyətinə malik “Jetson Thor” fiziki süni intellekt və ümumi robototexnika dövrünə istiqamət verəcək sonuncu superkompüterdir.”

Amazon Robotics”, “Boston Dynamics”, “John Deere” və tibbi texnologiya istehsalçıları kimi şirkətlər artıq layihəyə daxil olublar. “T5000” çipləri ilə insanabənzər robotların, anbar sistemlərinin, kənd təsərrüfatı texnikasının və hətta cərrahi robotların işlədilməsi planlaşdırılır.

NVIDIA şirkətinin mühəndisləri inanır ki, “T5000” maşınların insanlarla eyni şəkildə dünya ilə qarşılıqlı əlaqə quracağı fiziki süni intellekt dövrünün əsasını qoyacaq.

MƏNBƏ:TRT
Araşdırma
Venesuela müxalifətinin lideri Mariya Korina Maçado 2025-ci il Nobel Sülh Mükafatına layiq görüldü
"Türkiye İnnovation Week" tədbirində süni intellekt və media müzakirə edilib
2025 Nobel tibb mükafatı “periferik immunitet tolerantlığı”nın kəşfinə verildi
5G texnologiyası Türkiyə iqtisadiyyatına 100 milyard dollar qazandıracaq
“YouTube” Trampın hesabının dayandırılması işini həll etmək üçün 24,5 milyon dollar ödəyəcək
Qlobal məhkəmə ekspertlərinin diqqət mərkəzində insan hüquqları və innovasiyalar olub
“Polad günbəz” sistemi TEKNOFEST-də böyük maraq doğurdu
Türkiyənin reaktiv təlim təyyarəsi ''Hürjet'' TEKNOFEST 2025-də böyük maraqla qarşılandı
ÜTT: “Süni intellekt 2040-a qədər qlobal ticarəti 40% artıra bilər”
İstanbul TEKNOFEST festivalına ev sahibliyi edir
Milyonlara təsir edən nasazlıqdan sonra "Google" xidmətləri yenidən onlayn rejimdə işləyir
Türkiyə yeni təyyarədaşıyan gəmisi ilə Fransanı geridə qoyur
Türkiyə İstanbulda təşkil edilən keçid mərasimində "Mavi Vətən" doktrinasını ön plana çıxardı
“OpenAI” Hindistanda nəhəng məlumat mərkəzi qurur
Dənizçiliyə həsr olunmuş TEKNOFEST İstanbulda start verib
Türkiyə “Şimşək” adlı yüksək sürətli PUA sistemini uğurla sınaqdan keçirdi
Canlı yayım faciəsi rəqəmsal platformaların məsuliyyətini gündəmə gətirdi
Əminə Ərdoğan da “NEXT Sosial” platformasına qoşuldu
Ərdoğan "NEXT Sosyal" media platformasında ilk paylaşımını etdi
Plastik çirklənmə ilə bağlı müqavilə danışıqları dərin fikir ayrılıqları səbəbindən təxirə salındı