SİYASƏT
1 dəqiqə oxuma
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq"
İranın ali dini lideri M.Xamenei Fars Körfəzi Milli Günü münasibətilə yaydığı bəyanatda regionun gələcəyinin ABŞ-ın iştirakı olmadan formalaşacağını və Hörmüz boğazı üçün hazırlanan yeni hüquqi-inzibati çərçivənin sabitliyi artıracağını bildirib
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq"
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq" / Reuters
 

İranın ali dini lideri Müctəba Xamenei Fars Körfəzi Milli Günü münasibətilə yaydığı bəyanatda regionun gələcəyinin ABŞ-ın iştirakı olmadan formalaşacağını və Hörmüz boğazı üçün hazırlanan yeni hüquqi-inzibati çərçivənin sabitliyi artıracağını bildirib.

Xarici güclərin, xüsusilə ABŞ-ın mövcudluğunu əsas qeyri-sabitlik mənbəyi kimi xarakterizə edən Xamenei artıq yeni bir mərhələnin başladığını vurğulayıb.

O, Hörmüz boğazı və Oman körfəzinin strateji əhəmiyyətinə diqqət çəkərək, İranın yeni idarəetmə yanaşması ilə bu su yollarında təhlükəsizliyi təmin edəcəyini qeyd edib. Müctəba Xamenei uzaq ölkələrdən gələn xarici aktorların bu gələcəkdə yeri olmadığını və region ölkələrinin ortaq taleyi paylaşdığını xatırladaraq son hadisələrin "yeni regional nizamın" göstəricisi olduğunu bildirib.

Bu bəyanat fevralın 28-də İran, ABŞ və İsrail arasında başlayan və qlobal enerji axınını təhlükə altına alan gərginliyin kövrək atəşkəs fonunda davam etdiyi bir vaxtda səslənib. Aprelin 8-də elan olunan atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, dəniz təhlükəsizliyi ilə bağlı diplomatik danışıqlar çətinliklə davam edir.

ABŞ danışıqlarda üstünlük qazanmaq üçün İranın neft ixracını məhdudlaşdırmağa çalışır və bu məqsədlə ölkə limanlarını mühasirəsində saxlayır.

Qeyd edək ki, atası Əli Xameneinin ölümündən sonra martın 9-da İranın ali dini lideri seçilən Müctəba Xamenei vəzifəyə gəldiyi gündən etibarən yalnız yazılı bəyanatlar vasitəsilə xalqa müraciət edir.

Araşdırma
Donald Tramp Çində səfərdədir
Finlandiya prezidenti A.Stubb Türkiyəni NATO-nun əvəzolunmaz müttəfiqi adlandırıb
Le Pen prezident seçiləcəyi təqdirdə Ukraynaya yardımları dayandıracağını bildirib
Pakistan regional əlaqələri gücləndirmək üçün "etimad və inam" çağırışı etdi
Əraqçi: "Regional blok İranın Hörmüz boğazını iki gün müddətinə açmaq planını dəstəkləyir"
K.Kallas Rusiyanın danışıqlar üçün irəli sürdüyü tələbləri "cəfəngiyat" adlandırıb
İran ABŞ ilə aralarındakı "nə müharibə, nə sülh" status-kvosunu rədd edir
V.Putin, Si və D.Tramp noyabrın 19-da üçtərəfli zirvə görüşü keçirəcəklər
Almaniya Ukraynaya 200 milyon avro maliyyə yardımı ayıracaq
Rusiya və Ukrayna Avropanın danışıqlara qoşulması barədə razılığa gəlib
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki radar sistemini hədəf alıb
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
Rusiya nümayəndə heyəti Ukrayna və ABŞ ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə səfər edib
“Həmas” Qəzza üzrə Sülh Şurasını bölgədəki daşqın böhranını görməzdən gəlməkdə günahlandırıb
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq
İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya ABŞ-yə xəbərdarlıq edib
İsxak Hersoq Trampın İsrailə yardımı dayandırmaq qərarına münasibət bildirib
Volodimir Zelenski Trampın xüsusi nümayəndələri ilə telefon danışığı apardığını açıqlayıb
Müxalifət lideri Q.Ayzenkot hakimiyyəti "demokratiyaya qarşı qətliam" törətməkdə günahlandırıb