SİYASƏT
1 dəqiqə oxuma
Volodimir Zelenski Trampın xüsusi nümayəndələri ilə telefon danışığı apardığını açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff ilə telefon danışığı apardığını bəyan edib.

Rəsmi internet səhifəsində paylaşım edən Volodimir Zelenski amerikalı rəsmilərlə Rusiya-Ukrayna münaqişəsini ətraflı müzakirə etdiklərini bildirib. Telefon danışığının 1,5 saat davam etdiyini vurğulayan Ukrayna lideri tezliklə mühüm bir görüşün baş tutacağını diqqətə çatdırıb. "Ukrayna, ABŞ və Rusiya arasında nümayəndə heyətləri səviyyəsində üçtərəfli formata hazırlaşırıq, tədbirə bir həftədən də az vaxt qalıb",-deyə Volodimir Zelenski vurğulayıb.

Volodimir Zelenski həmçinin 2022-ci ilin fevralından bəri davam edən müharibəyə son qoymaq və ölkəsinin təhlükəsizliyini təmin etmək məqsədilə Brüsseldə danışıqların fasiləsiz aparıldığını qeyd edib. O, prosesin sürətləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, müharibəni ən qısa müddətdə bitirmək üçün danışıqlar maksimum intensivləşdirilməlidir. Ukrayna Prezidenti ölkəsinin lazımi addımları atmağa hazır olduğunu və öz təkliflərini artıq ABŞ tərəfinə təqdim etdiklərini bildirib.