SİYASƏT
1 dəqiqə oxuma
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq
Danışıqlar 10-11 noyabr tarixlərində keçiriləcək
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq

Fransanın xarici işlər naziri Jan-Noel Barro 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək görüşlərlə bağlı açıqlama verib. Nazir bildirib ki, ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında aparılacaq danışıqlarda Avropa da təmsil olunacaq.

J-N.Barro bu barədə "RTL" radiosunun efirində Avropanın 10-11 noyabr tarixlərindəki danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Avropanın müzakirələrə qatılmaq üçün Əbu-Dabidə olacağını vurğulayan J-N.Barro deyib: "Bu iclasda Fransanı kimin təmsil edəcəyini hələ ki açıqlaya bilmərəm. Lakin Fransa mütləq orada olacaq. Avropalılar son həftələrdə mövqelərini sərtləşdiriblər. Onlar qitənin gələcəyi ilə bağlı heç bir danışıqların gözləntilərimizi və tələblərimizi gözardı edə bilməyəcəyini ABŞ vasitəçilərinin diqqətinə çatdırıblar."

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff daha əvvəl məsələ ilə bağlı açıqlama vermişdi. O bildirmişdi ki, rəsmi Vaşinqtonun vasitəçiliyi ilə 10-11 noyabr tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna arasında işçi səviyyəsində görüşlər keçiriləcək. S.Vitkoff bu danışıqların müharibədən sonrakı təhlükəsizlik tədbirləri, gərginliyin azaldılması, humanitar yardım fəaliyyətləri və sülhə doğru atılacaq növbəti addımlara fokuslanacağını qeyd edib.

 

Araşdırma
Volodimir Zelenski Trampın xüsusi nümayəndələri ilə telefon danışığı apardığını açıqlayıb
Müxalifət lideri Q.Ayzenkot hakimiyyəti "demokratiyaya qarşı qətliam" törətməkdə günahlandırıb
Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı müsbət qiymətləndirib
Səudiyyə Ərəbistanı və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub
M.Zaxarova: “Rusiya İrana qarşı yeni hərbi hücum planlarından narahatdır”
İsmayıl Bəqayi regional məsələlərlə bağlı vacib bəyanatlar verib
Yuri Uşakov Rusiya və Ukrayna liderləri arasında mümkün görüşü qiymətləndirib
Prezident R.T.Ərdoğan Cənubi Koreyaya səfər edəcək
ABŞ Türkiyənin Qara dənizdə taxıl daşınması ilə bağlı təklifini qiymətləndirir
Prezident R.T.Ərdoğan İstanbulda V.Zelenskini qəbul edib
Donald Tramp: ''Putinlə Zelenski yaxın zamanda görüşəcəklər''
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmiləri İrana səfər edəcək
H.Fidan İstanbulda keçirilən R4+E3 iclasları barədə paylaşım edib
R4 ölkələrinin xarici işlər nazirləri İstanbul görüşündən sonra birğə bəyanat yayımladılar
Dmitri Peskov:''Ukrayna ilə danışıqların Əbu-Dabidə keçirilməsi planlaşdırılır''
Vladimir Putin Ukrayna ilə danışıqlara hazır olduqlarını bildirib
Tramp İranla danışıqlar aparmadıqlarını və yaxın zamanda "nəsə baş verəcəyini" bildirib
V.Putin və S.Vitkoff Sankt-Peterburqda Ukraynadakı müharibəni müzakirə etdilər
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"