SİYASƏT
2 dəqiqə oxuma
“Həmas” Qəzza üzrə Sülh Şurasını bölgədəki daşqın böhranını görməzdən gəlməkdə günahlandırıb
“Həmas” məhdudiyyətsiz humanitar yardımın çatdırılmasını, yerinə yetirilməyən öhdəliklərə görə cavabdehlik tələb olunmasını və icra üçün zaman qrafikinin müəyyənləşdirilməsini tələb edib
“Həmas” Qəzza üzrə Sülh Şurasını bölgədəki daşqın böhranını görməzdən gəlməkdə günahlandırıb
“Həmas” Sülh Şurasını Qəzzadakı daşqın böhranını görməzdən gəlməkdə günahlandırıb

Fələstin müqavimət qrupu “Həmas” noyabrın 9-da Qəzza üzrə Sülh Şurasını Qəzzadakı daşqın böhranı ilə bağlı təhrif olunmuş bəyanat verməkdə ittiham edib. “Həmas” həmçinin Şuranı ABŞ-nin dəstəklədiyi sülh planının icra edilməsinə mane olmaqda və İsrailin rolunu görməzdən gəlməkdə günahlandırıb.

Şuranın daşqın fəlakəti ilə bağlı bəyanatına cavab verən “Həmas” yol xəritəsinin tətbiqindəki gecikmələrə görə günahkar hesab edilməyi rədd edib. Qrup özlərinin və digər Fələstin qruplarının planı artıq qəbul etdiklərini bildirib.

Qeyd edək ki, Şura noyabrın 9-da İsrailin əsas təchizat mallarının girişini gecikdirməsini tənqid edərək bunun humanitar böhranı daha da ağırlaşdırdığını vurğulayıb. Bundan əlavə, Şura “Həmas”ı tərkisilah olmaq və idarəetmə səlahiyyətlərini təhvil vermək də daxil olmaqla öhdəliklərini yerinə yetirməyə çağırıb.

Həyati əhəmiyyət kəsb edən yardımların siyasi təzyiq vasitəsinə çevrilməsinin humanitar və hüquqi öhdəlikləri pozduğunu bildirən “Həmas” İsrailin törətdiyi soyqırım səbəbindən didərgin düşmüş ailələrin daşqın və soyuqla üz-üzə qaldığını qeyd edib. Müqavimət hərəkatı həmçinin sığınacaq materiallarının Qəzza zolağına buraxılmadığını vurğulayıb.

“Həmas” Şuradan fəlakətin qarşısını almamaqda və İsrailin birinci mərhələ öhdəliklərinə əməl etməsini təmin etməməklə bağlı açıqlma verməsini tələb edib. Həmçinin siyasi və ya təhlükəsizlik şərtləri irəli sürülmədən yardım, sığınacaq və bərpa materialları üçün keçid məntəqələrinin açılması tələb olunub.

Bundan əlavə, “Həmas” yol xəritəsinin icrasını təsdiqləmək üçün təqvim planının və mexanizmin yaradılmasına çağırış edib. Bu tənzimləmələrə İsrail qoşunlarının geri çəkilməsi və Qəzzanın idarə olunması ilə vəzifələndirilmiş Fələstin Komitəsinin fəaliyyətə başlamasını təmin edəcək addımlar daxildir.

MƏNBƏ:TRT