İDMAN
1 dəqiqə oxuma
Türkiyə Kosovonu məğlub edərək 2026-cı il Dünya Çempionatına vəsiqə qazandı
Türkiyə milli futbol komandası pley-off mərhələsində Kosovonu 1-0 hesabı ilə məğlub edərək final mərhələsinə vəsiqə qazanıb
Türkiyə Kosovonu məğlub edərək 2026-cı il Dünya Çempionatına vəsiqə qazandı
Türkiyə Kosovonu məğlub edərək 2026-cı il Dünya Çempionatına vəsiqə qazandı / Reuters
15 saat əvvəl

Türkiyə milli futbol komandası pley-off mərhələsində Kosovonu 1-0 hesabı ilə məğlub edərək final mərhələsinə vəsiqə qazanıb. Qarşılaşmanın 53-cü dəqiqəsində Kerem Aktürkoğlunun vurduğu qol komandaya qələbə qazandırıb. Prezident Rəcəb Tayyib Ərdoğan "Bizim çocuklar" kimi tanınan milli komandanı bu uğuru münasibətilə təbrik edib.

Dövlət başçısı milli komandanın 24 ildən sonra futbolun ən böyük səhnəsində Türkiyəni layiqincə təmsil edəcəyinə inandığını qeyd edərək bütün idmançıları qələbə münasibətilə təbrik edib. R.T.Ərdoğan həmçinin komandaya Avstraliya, Paraqvay və ABŞ-a qarşı keçiriləcək qrup oyunlarında uğurlar arzulayıb.

Türkiyə futbol tarixində ilk dəfə 1954-cü ildə final mərhələsinə qatılsa da, ən böyük tarixi uğurunu 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın birgə ev sahibliyi etdiyi Dünya Kubokunda üçüncü yeri tutaraq qazanıb. Bu qələbə ilə Türkiyə uzun fasilədən sonra yenidən dünyanın ən nüfuzlu futbol turnirində mübarizə aparmaq hüququ əldə edib.