Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib ki, İstanbul prosesinin daha geniş şəkildə həyata keçirilməsi faydalı ola bilər.
R.T.Ərdoğan deyib: “İstanbul danışıqlarının müharibənin diplomatik yolla sona çatdırılması baxımından mühüm bir mərhələ olduğuna inanırıq’’.
Dövlət başçısı bildirib ki, Türkiyənin vasitəçilik rolu ilə təşkil olunan danışıqlar müharibənin sona çatdırılmasında böyük əhəmiyyət kəsb edir.
Prezident qeyd edib ki, rəsmi Ankara atəşkəsi sürətləndirə biləcək və ədalətli, davamlı sülhə yol açacaq istənilən təklifi Rusiya ilə müzakirə etməyə hazırdır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə öz növbəsində qeyd edib ki, Ukrayna ilin sonuna qədər Rusiya ilə hərbi əsir mübadiləsi prosesini canlandırmağa ümid edir.
Zelenski vurğulayıb ki, Ukrayna müharibəni bitirmək üçün Türkiyənin diplomatik səylərinə güvənir.
“Əlbəttə, diplomatiya ilə bağlı konkret müzakirələr apardıq və indi bütün fəaliyyətlərin sülhə yönəlməsini təmin etməyə çalışırıq’’,-deyə Volodimir Zelenski vurğulayıb.


















