A Milli Futbol Komandası UEFA Millətlər A Liqasının 1-ci qrupundakı ilk matçında sentyabrın 25-də Türkiyənin Kocaeli şəhərində Fransa ilə qarşılaşacaq.
Kocaeli Stadionundakı oyun Türkiyə vaxtı ilə saat 21.45-də başlayacaq.
Mübarizəni Almaniya Futbol Federasiyasından Feliks Svayer idarə edəcək.
TÖVSİYƏ EDİLƏN
Qrupun digər oyununda İtaliya ilə Belçika Romada qarşılaşacaq. Hər iki oyun eyni saatda başlayacaq.
Türkiyə qrupun ikinci oyununda isə sentyabrın 28-də Bursada İtaliya ilə qarşılaşacaq.


















