MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
Bir sıra ölkələr İsrailin ''Avroviziya'' mahnı müsabiqəsinə qatılmasına etiraz etdi
Niderland, İspaniya, İrlandiya və Sloveniya İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq gələn il iştirak etməyəcəklərini açıqlayıblar
Bir sıra ölkələr İsrailin ''Avroviziya'' mahnı müsabiqəsinə qatılmasına etiraz etdi
Bir sıra ölkələr İsrailin ''Avroviziya'' mahnı müsabiqəsinə qatılmasına etiraz etdi / Reuters

Bir çox ölkə İsrailin iştirakının müsabiqəyə kölgə sala biləcəyini bildirərək 2026-cı il ‘‘Avroviziya’’ mahnı müsabiqəsini boykot edəcəklərini açıqlayıb. İsrailin Qəzzada törətdiyi soyqırım fonunda etirazlar artıb və ölkənin müsabiqədən kənarlaşdırılması üçün çağırışlar edilib. Bu bəyanatlar təşkilatçıların İsrailin iştirakını təsdiqləməsindən sonra səsləndirilib.

Niderland

Niderlandın AVROTROS yayım qurumu ölkənin gələn il keçiriləcək ‘‘Avroviziya’’ mahnı müsabiqəsini boykot edəcəyini açıqlayıb. “Bütün perspektivlər nəzərə alınaraq mövcud şəraitdə müsabiqədə iştirak təşkilatın fundamental ictimai dəyərləri ilə uzlaşmır”,-deyə yayım orqanı vurğulayıb.

İrlandiya

İrlandiya İsrailin müsabiqəyə qatılacağı təqdirdə ‘‘Avroviziya’’da iştirak etməyəcəyini bildirib. İrlandiyanın RTE yayım orqanı Avropa Yayım Birliyi üzvlərinin İsrailin iştirakına dair səsverməni dəstəkləməməsindən sonra 2026-cı ildə keçiriləcək müsabiqədə nə iştirak edəcəyini, nə də onu yayımlayacağını açıqlayıb. RTE bəyan edib ki, Qəzzadakı “dəhşətli insan itkisi və humanitar böhran” fonunda müsabiqədə iştirak “qəbuledilməzdir”.

İspaniya

İspaniyanın ictimai yayımçıları İsrailin müsabiqəyə daxil edilməsinə etiraz olaraq 2026-cı il ‘‘Avroviziya’’ mahnı müsabiqəsinə qatılmayacaqlarını açıqlayıb. RTVE-nin baş katibi Alfonso Morales deyib: “Atəşkəs və sülh prosesinə baxmayaraq Qəzzadakı vəziyyət və İsrailin müsabiqədən siyasi məqsədlər üçün istifadə etməsi ‘‘Avroviziya’’nın neytral mədəni tədbir kimi qalmasını çətinləşdirir”.

Sloveniya

Sloveniyanın milli yayımçısı RTV Sloveniya İsrailin iştirakı ilə bağlı səsvermə çağırışının rədd edildiyini açıqlayıb. Direktorlar Şurasının sədri Nataliya Qorşak deyib: “Mesajımız aydındır: Qəzzada həyatını itirən 20 min uşağın xatirəsinə hörmət olaraq, İsrail iştirak edərsə, biz müsabiqədə iştirak etməyəcəyik’’.

Belçika

Belçikanın VRT yayım orqanı 2026-cı ildə ‘‘Avroviziya’’nı yayımlayacağını açıqlayıb. Fransızdilli yayımçı RTBF-in müsabiqəyə iştirakçı göndərməsi gözlənilir, lakin qurum hələlik öz mövqeyini açıqlamayıb.

İslandiya

İslandiyanın ictimai yayımçısı RUV-in Direktorlar Şurası İsrailin mümkün iştirakı məsələsini müzakirə edəcəklərini bildirib

Araşdırma
Burhanettin Duran: ""Türk mətbəxi həftəsi" güclü sivilizasiya irsimizi yaşadır"
Beynəlxalq Şekspir Festivalı ABŞ-də mükafata layiq görüldü
Fotoqraf Saher Alghorra Qəzzadakı fəaliyyətinə görə Pulitzer mükafatına layiq görülüb
Daha bir tarixi əsər Türkiyəyə qaytarıldı
TRT-nin təşkil etdiyi növbəti Humanitar Film Festivalı üçün müraciətlər başlayıb
İspaniyalı sənətçilər müharibələrin dayandırılması və Fələstin üçün azadlıq tələb ediblər
98-ci “Oskar” mükafatı qalibləri müəyyən olub
TRT-nin ''Göy qurşağı faşizmi'' sənədli filmində LGBTQ təbliğatının qlobal təsirləri təhlil edilir
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir
Karahantəpə 2025-ci ilin ən mühüm arxeoloji kəşfləri sırasında
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək
Dünya şöhrətli rejissor Rob Reyner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıb
Yaponiyalı alimlər tibb və kimya üzrə Nobel mükafatına layiq görülüblər
Türkiyə Anadoluya aid tarixi əsərlərin ABŞ-dan geri qaytarılmasını alqışlayıb
Fransa dövləti qaçaqmalçılıq yolu ilə aparılan dinozavr skeletini Monqolustana qaytardı
TRT İsrailin Avroviziyada iştirakı ilə bağlı mübahisələr fonunda EBU iclasını tərk edib
Türk serialları Ankaranın Banqladeşlə diplomatik əlaqələrini gücləndirməsinə necə töhfə verir?
Türkiyə Atatürkün Selanikdəki evini yenidən istifadəyə verərək qurucusunun irsini şərəfləndirir
Osman Həmdi bəyin portret əsəri  1,5 milyon dollara hərraca çıxarılıb
Türkiyədə 2 min 200 illik 60 qəbir aşkarlandı