DÜNYA
2 dəqiqə oxuma
“Melissa” qasırğası 50 nəfərin ölümünə səbəb olub
Kateqoriya-5 gücündə qiymətləndirilən “Melissa” qasırğası Yamaykanı vurub; bu indiyədək adada qeydə alınan ən güclü qasırğadır
“Melissa” qasırğası 50 nəfərin ölümünə səbəb olub
“Melissa” qasırğası Kariblərdə 50 nəfərin ölümünə səbəb olub
2 noyabr 2025

Yamayka dövlət rəsmiləri “Melissa” qasırğasından sonra bərpa işləri çərçivəsində bir neçə səyyar xəstəxananın yaradılacağını açıqlayıblar. Bildirilir ki, Karib dənizi hövzəsində təxminən 50 nəfərin həyatını itirdiyi qasırğada həlak olanların sayısının daha da arta biləcəyi gözlənilir.

Adada təsdiqlənmiş ölüm sayı noyabrın 1-i etibarilə 19 olaraq qalır. Lakin səhiyyə naziri Kristofer Tufton keçirdiyi mətbuat konfransında “Bu rəqəmin daha yüksək olduğunu düşünürəm, çünki hələ də çata bilmədiyimiz bölgələr var”, – deyə qeyd edib.

Qeyd edək ki, Haiti Mülki Müdafiə Departamenti qasırğa nəticəsində təxminən 31 nəfərin öldüyünü açıqlayıb.

“Melissa” qasırğası Yamaykanı saatda 185 mil (təxminən 300 kilometr) sürətlə əsən küləklər və güclü leysan yağışlarla vurub. Qasırğanın gücü kateqoriya-5 səviyyəsində ölçülüb.

Ölkənin qərbindəki xəstəxanalar ciddi zərər görüb. Bu səbəbdən hökumət səhiyyə xidmətlərini dəstəkləmək məqsədilə yaxın günlərdə bir neçə səyyar xəstəxana qurmağa qərar verib. Bu xəstəxanalardan birincisi ən çox zərər çəkmiş bölgənin paytaxtı olan Blek River şəhərində qurulacaq.

Nazir K.Tufton bildirib: “Bu tibb məntəqəsinin sabah çatdırılması gözlənilir və dərhal quraşdırılmasına başlanacaq. Tibb məntəqəsi tam avadanlıqlarla təmin ediləcək – əməliyyat otağı, diaqnostika üçün zəruri cihazlar və yerli personalı dəstəkləmək üçün bir neçə beynəlxalq tibb işçisi də daxil olacaq.” Rəsmilərin sözlərinə görə, xəstəxananın gələn həftə ərzində fəaliyyətə başlaması planlaşdırılır.

Səhiyyə naziri K.Tufton həmçinin bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də İspaniya, Kanada və Hindistanın yardımı ilə əlavə səyyar xəstəxanaların yaradılması nəzərdə tutulur.

MƏNBƏ:TRT
Araşdırma
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi