İDMAN
1 dəqiqə oxuma
İspaniya millisi FIFA reytinqində zirvəyə yüksəldi
Dörddəbir finala qədər irəliləyən Mərakeş isə 6-cı sırada qərarlaşaraq tarixi nəticəyə imza atdı
İspaniya millisi FIFA reytinqində zirvəyə yüksəldi
İspaniya Madriddə Dünya Kuboku qələbəsini qeyd edir.

FIFA Dünya Çempionatının qalibi İspaniya millisi iyulun 20-də açıqlanan FIFA kişilərdən ibarət milli komandaların reytinq siyahısında yenidən zirvəyə yüksəlib. Final qarşılaşmasının iştirakçısı Argentina isə ikinci sıraya geriləyib.

Xatırladaq ki, Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya yığması iyulun 19-da keçirilən final oyununda əlavə vaxtda 2022-ci ilin Dünya çempionu Argentina millisini 1-0 hesabı ilə üstələdi. Bununla da komanda yanvar ayından bəri ilk dəfə reytinq cədvəlinin birinci pilləsinə qayıtdı.

Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə yığması isə bürünc medal uğrunda matçda Fransa millisinə qalib gəldi. Buna baxmayaraq, Fransa üçüncü, İngiltərə isə dördüncü sıradakı mövqeyini qorudu.

Braziliya milli komandası beşinci pilləyə qalxdı. Mərakeş isə tarixinin en yüksək göstəricisinə nail olaraq altıncı sıraya yüksəldi. Dünya Çempionatında səkkizdəbir final mərhələsində mübarizəni dayandıran Portuqaliya yığması isə iki pillə geriləyərək yeddinci sıraya düşdü. Belçika millisi sekkizinci sıraya irəlilədi, Niderland isə doqquzuncu sıraya gerilədi.

Meksika milli komandası isə dörd pillə yüksələrək ilk 10-luğa daxil olmağı bacardı. Dünya Çempionatında dörddəbir finala yüksələn Norveç də birdən-birə 12 pillə irəliləyərək 19-cu sırada qərarlaşdı və bununla da ən böyük sıçrayış edən komanda oldu.

Lakin Almaniya ilk 10-luqdan kənarda qalaraq 12-ci sıraya gerilədi. Almaniyanın bir pillə arxasında isə Xorvatiya yığması qərarlaşdı. Dünya Çempionatına vəsiqə qazana bilməyən İtaliya millisi isə 15-ci sıraya qədər gerilədi.

MƏNBƏ:TRT