SİYASƏT
2 dəqiqə oxuma
İran müharibəni sona çatdırmaq üçün ABŞ-yə yeni plan təklif etdi
İran tərəfi Hörmüz boğazının yenidən gəmilərin hərəkəti üçün açılmasını və müharibənin dayandırılmasını nəzərdə tutan yeni sülh planı təklif edib
İran müharibəni sona çatdırmaq üçün ABŞ-yə yeni plan təklif etdi
İran müharibəni sona çatdırmaq üçün ABŞ-a yeni plan təklif etdi / Reuters

İran tərəfi Hörmüz boğazının yenidən gəmilərin hərəkəti üçün açılmasını və müharibənin dayandırılmasını nəzərdə tutan yeni sülh planı təklif edib.

"Axios’’un məlumatına görə, Tehranın vasitəçilər vasitəsilə ABŞ-yə göndərdiyi təklifdə nüvə mövzusunun hələlik kənara qoyulması və bu məsələnin gələcəkdə müzakirə edilməsi nəzərdə tutulur.

Məlumata görə, İranın əsas məqsədi uran mübahisəsini hələlik dondurmaq, dəniz blokadasını aradan qaldırmaq və daha sürətli bir razılığa gəlməkdir.

Təklifdə atəşkəsin müddətinin uzadılması və ya daimi olması qeyd edilsə də, nüvə məsələsi üzrə müzakirələrin yalnız iqtisadi məhdudiyyətlər qaldırıldıqdan sonra başlanması şərti qoyulub. Ağ Ev təklifi aldığını təsdiqləsə də, hələlik rəsmi cavab verməyib.

ABŞ Prezidenti Donald Trampın bu gün milli təhlükəsizlik rəsmiləri ilə bir araya gələrək mövcud çıxılmaz vəziyyəti müzakirə edəcəyi gözlənilir. Tramp administrasiyası Tehrana təzyiq etmək üçün hələlik İran limanlarını mühasirədə saxlamaq niyyətindədir. Prezident Tramp İranın daxili iqtisadi təzyiqlərlə üzləşdiyini qeyd edərək, vəziyyətin yaxın günlərdə kəskinləşə biləcəyinə işarə edib.

Diplomatik səylərin intensivləşdiyi bir vaxtda İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan və Omanda apardığı danışıqlardan sonra Rusiyaya səfər edib.

Qeyd edək ki, aprelin əvvəlində tərəflər arasında İslamabadda keçirilən görüşlər nəticəsiz qalsa da, Pakistanın vasitəçiliyi ilə əldə olunmuş müvəqqəti atəşkəs rejimi hazırda qüvvədədir. Əsas fikir ayrılıqları hələ də Hörmüz boğazının statusu, dəniz blokadası və İranın uranı zənginləşdirmə hüququ ətrafında davam edir.

Araşdırma
Rusiya Ukraynın paytaxtından xarici diplomatları təxliyə etməyə çağırıb
Pakistan ABŞ-İran danışıqlarının ikinci mərhələsinə hazırlaşır
Tramp Hörmüz boğazındakı “Azadlıq Layihəsi”ni dayandırdı
Kuba XİN rəhbəri: "ABŞ ölkəmizə qarşı iqtisadi müharibə aparır"
ABŞ 373 milyon dollarlıq bomba paketi ilə Ukraynanın hərbi gücünü artırmağı planlaşdırır
İran Parlamentinin sədri: "Hörmüz boğazında yeni tənlik formalaşır"
İ.Əliyev:''Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə mane olur''
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir
A.Kosta: ''Cənubi Qafqazdakı yeni siyasi reallıqlar sülh və inkişaf üçün strateji imkanlar yaradır"
İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı planlarına sərt reaksiya verdi
Merts: "Əsgər sayının azaldılmasına baxmayaraq, ABŞ Almaniyanın "ən vacib tərəfdaşı" olaraq qalır"
ABŞ Hörmüz boğazında 'Azadlıq layihəsi'nə start verib
İran ABŞ-yə iki seçim təklif etdi
İran dövləti ABŞ-a müharibələri dayandırması üçün 1 ay vaxt verdi
Bəndər əl-Xureyf:"Türkiyə strateji tərəfdaşımızdır"
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq"
Trampa İrana qarşı mümkün hücumlarla bağlı hərbi brifinq veriləcək
ABŞ-nin ən böyük aviadaşıyıcısı bir neçə gündən sonra Yaxın Şərqi tərk edəcək
Möhsün Rzayi İran limanlarına tətbiq edilən mühasirəni  uğursuz adlandırıb
İsrail Livana xəbərdarlıq edib