DÜNYA
1 dəqiqə oxuma
Maykl Riqas I İznik Şurasının 1700 illiyi münasibətilə Türkiyəyə səfər edəcək
Bu barədə ABŞ Dövlət Departamentinin noyabrın 25-də yaydığı bəyanatda bildirilib
Maykl Riqas I İznik Şurasının 1700 illiyi münasibətilə Türkiyəyə səfər edəcək
Maykl Riqas I İznik Şurasının 1700 illiyi münasibətilə Türkiyəyə səfər edəcək / AP

ABŞ-ın yüksək vəzifəli diplomatı bu həftə Türkiyədə Papa XIV Leonun iştirakı ilə keçiriləcək I İznik Şurasının 1700 illiyi münasibətilə baş tutacaq tədbirlərdə Vaşinqtonu təmsil edəcək.

ABŞ Dövlət Departamentinin noyabrın 25-də yaydığı bəyanatda bildirilib ki, dövlət katibinin administrasiya və resurslar üzrə köməkçisi Maykl Riqas 27 noyabr – 5 dekabr tarixlərində Türkiyə, İraq və Qüdsə səfər edəcək.

Maykl Riqas səfər çərçivəsində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək və ABŞ–Türkiyə ikitərəfli münasibətlərinin inkişafı məqsədilə türk rəsmiləri ilə görüşlər keçirəcək. Bəyanata görə, o həmçinin İstanbulun Yunan Pravoslav Patriarxı Varfolomeylə də görüşəcək.

Qeyd edək ki, 325-ci ildə Roma imperatoru Konstantin tərəfindən çağırılan I İznik (Nicaea) Şurası erkən xristian aləminin müxtəlif bölgələrindən gəlmiş yepiskopları bir araya gətirərək, xristianlığın əsas doktrinalarının formalaşdırılmasında mühüm rol oynayıb.

Nicaea İstanbul yaxınlığındakı Bursa vilayətində yerləşən İznik qəsəbəsinin qədim adıdır.

Araşdırma
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək