DÜNYA
3 dəqiqə oxuma
Bomba müqabilində görülən işlər: ABŞ İsrailin Qəzzadakı müharibəsindən necə qazanc götürür?
İsrailin Qəzzaya qarşı müharibəsi ABŞ iqtisadiyyatı üçün əsl xilas yoluna çevrilib. Təl-Əvivə ayrılan rekord səviyyədə hərbi yardımların 80%-i Amerikan şirkətlərinə geri qayıdır.
00:00
Bomba müqabilində görülən işlər: ABŞ İsrailin Qəzzadakı müharibəsindən necə qazanc götürür?
F-16
21 fevral 2025

Rəsmi Vaşinqton 7 oktyabr 2023-cü ildən bu yana Təl-Əvivə 23 milyard dollar yardım ayırıb. Bu yardımların təəccüblü şəkildə 80%-i ABŞ silah istehsalçılarına geri dönüb. İsrailin Qəzzaya qarşı müharibəsi ABŞ iqtisadiyyatı üçün əsl xilas yoluna çevrilib. Təl-Əvivə ayrılan rekord səviyyədə hərbi yardımların 80%-i Amerikan şirkətlərinə geri qayıdır. 

ABŞ-ın 7 oktyabr 2023-cü ildən bəri İsrailin hərbi əməliyyatlarına və Yaxın Şərqdəki əlaqəli fəaliyyətlərə ayırdığı vəsait təxminən 23 milyard dollar təşkil edir. Bu, Vaşinqtonun 1959-cu ildən bəri İsrailə hərbi yardım etməyə başlamasından bəri qeydə alınan ən yüksək illik məbləğdir.

Braun Universitetinin Vatson İnstitutuna bağlı "Müharibənin xərcləri layihəsi" tərəfindən aparılan tədqiqat hesabatına əsasən, bu hərbi yardımın şərtləri İsrail hökumətinin ayrılan vəsaitin böyük hissəsini Amerikan şirkətlərindən silah almaq üçün istifadə etməsini tələb edir. Bu şərt ABŞ-dakı silah istehsalçılarına davamlı gəlir təmin etməklə yanaşı kiçik və orta ölçülü Amerika icmalarında daimi istehsal yaratmağa da imkan verir. 

Araşdırmanı birlikdə yazan Harvard Universitetinin professoru Linda J. Bilmes "Hərbi yardım proqramı alınan silah və avadanlıqların əksəriyyətinin ABŞ şirkətlərindən təmin edilməsini şərtləndirir. Bu, uzun illərdir davam edən bir siyasətdir və ABŞ bu cür yardımları müdafiə edərkən bunu açıq şəkildə bildirir" deyə qeyd edir. 

ABŞ-ın iqtisadi maraqları və silah ticarəti

İsrail ABŞ şirkətlərindən minimum nəzarətlə birbaşa silah ala bilən azsaylı ölkələrdən biridir. Bilmesin sözlərinə görə, Bayden administrasiyası İsrailə xarici yardım xərclərini Amerika iqtisadiyyatında iş yerləri yaratmaq məqsədilə açıq şəkildə müdafiə edir. ABŞ silah istehsalçıları azalan silah və sursat ehtiyatlarını yenidən doldurmaq üçün işçi cəlb edir. Ağ Ev 2025-ci il büdcəsində İsrailin təcili milli təhlükəsizlik ehtiyaclarını ödəyən 92 milyard dollarlıq əlavə büdcə tələbini "ABŞ-ın hər yerində iş yerləri yaratmaq və qorumaq" məqsədinə əsaslandırır. Bu vəziyyət siyasi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Demokratlar prezident seçkilərində Respublikaçı namizəd Donald Trampa qarşı çətin mübarizə apardı. Tramp öz kampaniyasının mərkəzinə "Bayden administrasiyası dövründə uğursuzluğa düçar olmuş Amerika iqtisadiyyatı" və "mühacirət siyasəti" mövzusunu yerləşdirdi. 

Silah istehsalçılarının rolları

Bilmesin araşdırmasına görə, İsrailə silah və digər avadanlıq tədarük edən altı böyük şirkət var: “Boeing”, “General Dynamics”, “Lockheed Martin”, “Northrop Grumman”, “RTX” (keçmiş adı Raytheon), “Caterpillar”.

Bu şirkətlər İsraillə uzunmüddətli ticari münasibətlər qurub və İsrail onlar üçün önəmli bir müştəri hesab edilir. 

RTX (Raytheon)

“RTX” havadan atıldıqdan sonra istiqamətini dəyişə bilən raketlərin dünyadakı ən böyük istehsalçısıdır. Şirkət İsrailə “F-16” qırıcıları üçün havadan-yerə raketlər və “F-15” və “F-16” təyyarələri üçün mühərriklər satır. Həmçinin İsrailin “Rafael” şirkəti ilə birgə layihə çərçivəsində “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi üçün raketlər istehsal edir. 

“RTX”in bazar dəyəri 7 oktyabr 2023-cü ildən bəri təxminən 84 faiz artıb. 

“Lokheed Martin”

Dünyanın ən böyük silah istehsalçısı olan “Lockheed Martin” İsrailə “F-16” və “F-35” qırıcı təyyarələrini tədarük edir. İsrail bu təyyarələri Qəzzanı bombalamaq üçün geniş şəkildə istifadə edir. Şirkət həmçinin İsrailin quru əməliyyatlarında istifadə etdiyi “C-130 Hercules” nəqliyyat təyyarələrini və “Apache” helikopterləri üçün “AGM-114 Hellfire” raketlərini istehsal edir. 

Şirkətin baş direktoru Cim Tayklet 2023-cü ilin oktyabrında investorlarla görüşü zamanı "İsrailin Qəzzaya qarşı müharibəsi gələcəkdə gəlirlərin artması üçün potensial bir amildir" deyə bildirmişdi. 

“Boeing”

Dünyanın dördüncü ən böyük silah istehsalçısı olan “Boeing” İsrail Hərbi Hava Qüvvələrinin Qəzza və Livandakı müharibələrdə geniş istifadə etdiyi “F-15” qırıcıları və “Apache AH-64” hücum helikopterlərini istehsal edir. 

Müharibənin başlamasından sonra şirkət maliyyə baxımından dirçəlməyə başlayıb. 

Digər faydalananlar

“General Dynamics”, “Northrop Grumman” və “Caterpillar” kimi şirkətlər də İsrailin müharibə səylərinə böyük ölçüdə töhfə verib. 

Xüsusilə “Caterpillar” İsrailin Qəzzada evlərin dağıdılmasında istifadə etdiyi zirehli buldozerləri istehsal edir. “Caterpillar”ın bazar dəyəri İsrailin Qəzzada evləri dağıtmağa başlamasından sonra 52 faizdən çox artıb. 

Araşdırma
''Kiyevin bütün rayonları genişmiqyaslı hücuma məruz qaldı''
İordan çayının qərb sahilində qeyri-qanuni israilli köçkünlər məscidi yandırıblar
İsrail Livanın cənub şəhərlərini hava hücumları ilə hədəfə alır
Viktoriya ştatı yerli avstraliyalılara geniş səlahiyyətlər verən tarixi müqavilə imzaladı
Şiә əl-Sudani parlament seçkilərində qələbə qazandıqlarını elan edib
Sergey Lavrov ABŞ-a Ukrayna ilə bağlı çağırış edib
BMT: Liviya sahillərində qayığın batması nəticəsində 42 miqrantın öldüyü ehtimal olunur
BMT Qəzzada atəşkəsin "kövrək" olduğunu və "dəfələrlə pozulduğunu" bildirib
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb