DÜNYA
1 dəqiqə oxuma
Rusiya və Ukrayna yenidən qarşılıqlı PUA hücumlarına başlayıb
Rusiya və Ukrayna arasında Pasxa bayramı münasibətilə əldə olunmuş müvəqqəti atəşkəs rejiminin başa çatması ilə cəbhədə qarşılıqlı PUA hücumlarının yenidən başladığı bildirilir
Rusiya və Ukrayna yenidən qarşılıqlı PUA hücumlarına başlayıb
Rusiya və Ukrayna yenidən qarşılıqlı PUA hücumlarına başlayıb / Reuters

Rusiya və Ukrayna arasında Pasxa bayramı münasibətilə əldə olunmuş müvəqqəti atəşkəs rejiminin başa çatması ilə cəbhədə qarşılıqlı PUA hücumlarının yenidən başladığı bildirilir. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya tərəfi 98 pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edib, onlardan 87-si hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Ukrayna rəsmiləri Dnepropetrovsk vilayətindəki infrastruktur obyektlərindən birinə zərbə endirildiyini, itkilərlə bağlı məlumatların dəqiqləşdirildiyini bəyan ediblər. Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində aprelin 13-də Ukraynaya məxsus 33 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Rəsmi Moskva və Kiyev ötən həftənin şənbə günü saat 16:00-dan bazar gününün sonunadək atəşkəsə riayət olunması barədə razılığa gəlmişdilər. Lakin ötənilki təcrübədə olduğu kimi, 1200 kilometrlik cəbhə xətti boyunca yalnız nisbi sakitlik müşahidə edilib. Ukrayna ordusu atəşkəs dövründə Rusiya tərəfindən əksəriyyəti cəbhə xəttində olmaqla 10 mindən çox pozuntu qeydə alındığını bildirsə də, yaşayış məntəqələrinə raket və ya "Şahid/Gerbera" tipli PUA zərbələrinin endirilmədiyini qeyd edib.

Rusiya tərəfi isə Kiyevi atəşkəs rejimini təxminən 2000 dəfə pozmaqda ittiham edib.

Araşdırma
İndoneziya və Çin xarici işlər nazirləri Cakartada görüşüblər
BMT məruzəçisi fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrailə reaksiya göstərib
Yaponiyada oyun zalını yandıraraq 5 nəfərin ölümünə səbəb olan məhkum edam edildi
İsrail qüvvələri Cenində bir fələstinlini də qətlə yetirib
Nigeriyada qayığın batması nəticəsində 52 nəfər ölüb
Antonio Quterreş Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumlarını kəskin pisləyib
Pakistan və Suriya ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə ediblər
Qəzzada xərçəng xəstələri isti havada və çadır şəraitində həyatda qalmaq üçün mübarizə aparırlar
İsveçrə Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyib
Rusiya: Kiyevin mövqeyi böhranın sülh yolu ilə həlli ehtimalını zəiflədir
İsrail gecə saatlarında Livanın cənubuna hava zərbələri endirib
İsrail iki ildən çox inkardan sonra 5 yaşlı Hind Rəcəbi öldürdüyünü etiraf edib
İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 71 nəfərə çatıb
İsrailin polis məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
V.Kliçko: ''Rusiya Kiyevə raket zərbələri endirib''
Beynəlxalq Cinayət Məhkəməsi ABŞ sanksiyalarını məhkəmə müstəqilliyinə qarşı "açıq hücum" adlandırdı
Almaniya kansleri F.Merts İtamar Ben-Qvirin çıxışlarını kəskin şəkildə pisləyib
V.Zelenski:''Rusiyanın Xersona endirdiyi PUA zərbələri nəticəsində 4 nəfər həlak olub''
İsrail polisi Fələstinin Qüds üzrə naziri Əşrəf əl-Avarı  saxlayıb
Ukraynada yüksəkvəzifəli şəxslərdən ibarət cinayətkar şəbəkəyə qarşı əməliyyat keçirilir