ELM VƏ TEXNOLOGİYA
1 dəqiqə oxuma
Dünyanın ən böyük kosmik tədbiri oktyabr ayında Türkiyədə keçiriləcək
5–9 oktyabr tarixlərində Antalyada keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 10 mindən çox iştirakçı qatılacaq
Dünyanın ən böyük kosmik tədbiri oktyabr ayında Türkiyədə keçiriləcək
Beynəlxalq Astronavtika Konqresi (IAC)
10 yanvar 2026

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır yanvarın 9-da verdiyi açıqlamada bildirib ki, Türkiyə bu il 5–9 oktyabr tarixlərində turizm şəhəri Antalyada dünyanın ən böyük kosmik tədbiri olan Beynəlxalq Astronavtika Konqresinə (IAC) ev sahibliyi edəcək. Nazir M.F.Kacır bu barədə “X” platformasında paylaşdığı açıqlamada deyib.

“Bir çox ölkədən alimlər, tələbələr, startapçılar, kosmik şirkətlər və kosmik agentliklər üçün görüş məkanı olacaq bu möhtəşəm tədbirə hazırlıq işlərimizi sürətlə davam etdiririk. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirdiyimiz Milli Kosmik Proqram vasitəsilə ölkəmizin kosmik elmlər və texnologiyalar sahəsində yüksəlişini dünyaya bəyan edən, kosmik fəaliyyətlərin bəşəriyyətin ortaq gələcəyinə xidmət etməsini təmin edən və ölkəmizə layiq bir tədbirə imza atacağıq”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, ötən ay Türkiyə Kosmik Agentliyinin (TUA) sədri Yusuf Kırac bildirmişdi ki, tədbir gələn il Türkiyədə 10 mindən çox kosmik mütəxəssisi bir araya gətirəcək və bu, ölkənin kosmik baxışı üçün tarixi dönüş nöqtəsi olacaq.

Nazir M.F.Kırac həmçinin akademikləri və gəncləri konqresdə iştirak etməyə çağıraraq, bunun onlara elmi məqalələrini dərc etdirmək və tədbirdə iştirak edəcək yüksək səviyyəli şirkət sahibləri ilə tanış olmaq imkanı verəcəyini vurğulayıb.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə 2.000 kilometr mənzilli yeni kamikadze PUA sistemini təqdim etdi
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır
NASA “Artemis II” missiyasına hazırlaşır
Cənubi Koreya Norveçlə müdafiə sənayesi sahəsində saziş bağlayıb
Böyük Britaniya və Fransada gənclər üçün sosial medianın qadağa edilməsi məsələsi müzakirə olunur
Türkiyə qlobal okeanların qorunması üzrə sazişin qüvvəyə minməsində mühüm rol oynayır
2025-ci il qeydlərə görə ən isti üçüncü il olub
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu
İstanbul Universiteti dəniz otlarını qorumaq üçün süni intellektdən istifadə etməyə başlayıb
Türkiyə şirkəti “Plan-S”in orbitdəki peyk sayı 16-ya çatıb
“Baykar” yeni investisiya planı çərçivəsində “Piaggio Aerospace”in istehsalını beş dəfə artıracaq
"Tuba" dəniz tısbağası Türkiyənin Egey və Aralıq dənizinin şərq sahillərində  qalıb
Mehmet Kaçır: "Türkiyə Somalidə kosmodromun inşasına başlayacaq"
Süni intellektin idarəetmədəki rolu
Aİ "Google"un süni intellektə məlumatlardan istifadəsinə dair rəqabət əleyhinə araşdırma başladıb
Türkiyə TUA-nın sədrinin APSCO Şurasının rəhbəri seçilməsilə tarixi nailiyyət əldə etdi
Yaponiya süni intellekt istifadəsini kütləviləşdirir
Türkiyənin "Kızılelma" pilotsuz döyüş təyyarəsi hava qüvvələrinin taleyini dəyişdirdi
Türkiyənin ilk yerli istehsalı olan orbitaya transfer aparatı kosmosda missiyasına başlayıb