"Turkcell" 5G infrastrukturu vasitəsilə "TEKNOFEST Mavi Vatan" festivalında uzaqdan robotik cərrahiyyə sınağı həyata keçirib.
Bu barədə "Turkcell"in Baş direktoru Əli Taha Koç "X" sosial şəbəkə platformasındakı hesabında paylaşım edərək bildirib.
TÖVSİYƏ EDİLƏN
Ə.T.Koç paylaşımında deyib: "TEKNOFEST Mavi Vatan" festivalında bir ilkə imza ataraq, "Turkcell" 5G infrastrukturu ilə uzaqdan robotik cərrahiyyə sınağı reallaşdırdıq. "Turkcell" olaraq həm 5G, həm də digər bütün texnoloji imkanlarımızla "Milli Texnologiya Təşəbbüsü" məqsədinə töhfə verməyə davam edəcəyik."
MƏNBƏ:TRT






















