Beynəlxalq Astronavtika Federasiyasının (IAF) təşkilatçılığı, Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası, Türkiyə Kosmik Agentliyi (TUA) və SAHA İstanbulun ev sahibliyi ilə keçirilən Beynəlxalq Astronavtika Konqresi Antalya NEST Konqres Mərkəzində öz işinə başlayıb.
"Dünyanın daha çox məkana ehtiyacı var" mövzusundakı tədbirin rəsmi açılışı yerli vaxtla saat 14:30-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.
108 ölkədən 6893 nümayəndə və iştirakçının qeydiyyatdan keçdiyi konqresdə beynəlxalq qurumların, kosmik agentliklərin rəsmiləri və sənaye şirkətlərinin nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində dəyirmi masa müzakirələri, panellər və seminarlar təşkil olunacaq.
2026-cı il Beynəlxalq Astronavtika Konqresində yeni nəsil kosmik texnologiyalar, simulyasiyalar və interaktiv təcrübələr ziyarətçilərə təqdim olunacaq. Həmçinin Anadolunun dərin köklü mədəni və istehsal irsini əks etdirən "Anadoluda olanlar" sərgisi yerli və xarici qonaqların diqqətinə çatdırılacaq.
Sabah keçiriləcək IAF Qlobal Kosmik Liderlər Sammitində isə 40-dan çox ölkənin nümayəndəsi iştirak edəcək.
Xatırladaq ki, keçən il Avstraliyanın Sidney şəhərində keçirilən tədbir gələn il Polşanın Poznan şəhərində baş tutacaq. IAF ilə tərəfdaşlıq çərçivəsində təşkil edilən konqres 9 oktyabra qədər davam edəcək.























