ELM VƏ TEXNOLOGİYA
1 dəqiqə oxuma
“TEKNOFEST Cənub-Şərq” festivalı iki gündür davam edir
Şanlıurfada keçirilən dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST Güneydoğu, ikinci günündə hava nümayişləri, texnologiya sərgiləri...
“TEKNOFEST Cənub-Şərq” festivalı iki gündür davam edir
TEKNOFEST Cənub-Şərqdə ikinci gün
 

Şanlıurfada keçirilən dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST Güneydoğu, ikinci günündə hava nümayişləri, texnologiya sərgiləri, yarışmalar və seminarlarla ziyarətçilərinə ev sahibliyi edəcək.

Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Yıldızları” aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçiriləcək.

Texnologiya həvəskarlarını, gənc ixtiraçıları və minlərlə ziyarətçini bir araya gətirən TEKNOFEST ikinci günündə də yerdə və səmada bir çox nümayişə ev sahibliyi edəcək.

Yüksək texnologiyalı simulyasiyalardan elmi seminarlara və sərgilərə qədər hər yaş qrupundan olan iştirakçılar üçün tədbirlərin yer aldığı nəhəng tədbir, aviasiya və müdafiə sənayesinin hava nümayişlərinə də səhnə olacaq.

Festivalda bu gün "Türk Yıldızları" ikinci dəfə səmada öz yerini alacaq.

ATAK helikopterləri, HÜRKUŞ, CEZERİ, ANKA, Bayraktar TB2, Bayraktar TB3 və Bayraktar AKINCI ilə quru və dəniz nəqliyyat vasitələri də sahədə nümayiş etdiriləcək.

Festivalda həmçinin səhnə şouları, sərgilər, maarifləndirici seminarlar, simulyasiya təcrübə sahələri, planetari, elm şouları, TEKNOFEST Zaman Tuneli, milli dəniz, quru və hava nəqliyyat vasitələrinin sərgisi, yarmarka tədbirləri və tələbələr üçün xüsusi ilk uçuş fəaliyyətləri kimi bir çox təcrübə ziyarətçilərə təqdim olunacaq.

Festivalın ikinci gününün sonuncu tədbirində isə konsert proqramı təşkil ediləcək.

Festival 4 oktyabr tarixinədək davam edəcək.

Araşdırma
Türkiyənin "FRG-100D4" peyki uğurla orbitə yerləşdirilib
Faydalı virus
Prezident Ərdoğan: "Keçən il 10 milyard dollardan çox müdafiə və aviasiya məhsulu ixrac etdik"
Nobel Sülh mükafatı Navanethem Navi Pillaya verilib
Türkiyə və Çin arasında kosmosun tədqiqi üçün peyk texnologiyaları sazişi imzalandı
NASA-dan Türkiyənin kosmosdakı roluna dair əməkdaşlıq mesajı
77-ci Beynəlxalq Astronavtika Konqresi Antalyada öz işinə başladı
Kosmos sahəsində əməkdaşlıq üçün Türkiyənin liderliyi ilə hazırlanan Antalya Bəyannaməsi imzalanıb
“TEKNOFEST Cənub-Şərq” festivalı Şanlıurfa şəhərində öz fəaliyyətlərini davam etdirir
“TEKNOFEST Cənub-Şərq” festivalında TÜRKPATENT ISIF'26 İxtira Sərgisi başladı
“TEKNOFEST - Cənub-Şərq” festivalı hava şousu ilə rəngləndi
Türkiyənin yerli smartfonu Malatyada istehsal ediləcək
Türkiyənin "yaşıl" enerjiyə keçidi sürətlə davam edir
Antalyada qlobal kosmik və aviasiya sahəsi üzrə 77-ci Beynəlxalq Astronavtika Konqresi keçiriləcək
“Turkcell” şirkəti “TEKNOFEST Mavi Vətən” festivalında uzaqdan robotik cərrahiyyə sınağı kerçirib
"TCG Sancaktar" əməliyyat bölgələrindən fəlakət zonalarınadək kritik missiyaları icra edir
Türkiyə dövləti Tokioda süni intellekt və qlobal nizamla bağlı STARTCOM forumu təşkil edib
ASELSAN  “TEKNOFEST Mavi Vətən” tədbirində avtonom sualtı aparatını nümayiş etdirəcək
Gölcükdə "Mavi Vətən" həyəcanı: TEKNOFEST üçün qeydiyyat başladı
Türkiyənin qlobal süni intellekt mərkəzinə çevrilmək üçün 2026–2030-cu illər üzrə yol xəritəsi