Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TİM 13-cü İnovasiya Həftəsi Proqramı"nda iştirak edib.
Ərdoğan tədbirdə etdiyi çıxışında texnologiya yarışından geri qalmaq istəmədiklərini ifadə edərək deyib: "Milli texnologiya həmləmizlə dünyada az sayda ölkənin malik olduğu möhtəşəm tədqiqat-inkişaf və inovasiya infrastrukturu qurduq. 24 il əvvəl az sayda olan texnoparklarımızın sayı hazırda 115-ə çatıb. 2002-ci ildə 1,2 milyard dollar olan Türkiyənin tədqiqat-inkişaf xərclərini 20 milyard dollara yüksəltdik".
Türkiyə Süni İntellekt Fəaliyyət Planı ilə məlumat mərkəzlərinin ümumi qoyuluş gücünü 2030-cu ilə qədər ən azı 1 giqavata çatdıracaqlarını qeyd edən Ərdoğan deyib: "Məlumat mərkəzi, bulud hesablamaları və süni intellekt infrastrukturlarında özəl sektorun öncüllüyü ilə ən azı 10 milyard dollarlıq vəsaiti hərəkətə keçirəcəyik. Müdrik Dil Modelimizlə ("Bilge Dil Modeli") türk dilində süni intellekt həllərinin işlənib hazırlanmasını və müxtəlif sektorlarda yayılmasını təmin edəcəyik".
"Keçən il 180 müxtəlif ölkə və bölgəyə 10 milyard dollardan çox müdafiə və aviasiya məhsulu ixrac etdik. 2026-cı ilin yanvar-sentyabr dövründə isə ixracımızı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artıraraq 6,9 milyard dollara çatdırdıq", -deyə dövlət başçısı qeyd edib.




























