ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
ASELSAN “TEKNOFEST Mavi Vətən” tədbirində avtonom sualtı aparatını nümayiş etdirəcək
DERİNGÖZ "TEKNOFEST Mavi Vətən"də mina əleyhinə tədbirlər və sualtı təhlükəsizlik sahəsindəki imkanlarını nümayiş etdirəcək
ASELSAN  “TEKNOFEST Mavi Vətən” tədbirində avtonom sualtı aparatını nümayiş etdirəcək
ASELSAN “TEKNOFEST Mavi Vətən” tədbirində avtonom sualtı aparatını nümayiş etdirəcək. / TRT Haber

ASELSAN tərəfindən "dərinliklərin milli gözü" kimi səciyyələndirilən DERİNGÖZ avtonom sualtı vasitəsi Gölcük sularında öz imkanlarını sərgiləyəcək.

Müxtəlif sualtı tapşırıqların icrası üçün hazırlanmış DERİNGÖZ mina əleyhinə tədbirlərdə, mühüm sualtı infrastrukturun mühafizəsində, sualtı boru kəmərlərinin monitorinqində, kəşfiyyat əməliyyatlarında və liman təhlükəsizliyinin təmin olunmasında istifadə edilə bilər.

Avtonom idarəetmə qabiliyyəti ilə seçilən sistem insan müdaxiləsini minimuma endirməklə riskli və əlçatmaz sualtı ərazilərdə kəşfiyyat və müşahidə fəaliyyətlərinin aparılmasına imkan yaradır.

ASELSAN sosial media hesabında paylaşım edib: "Dərinliklərin milli gözü olan 'ASELSAN DERİNGÖZ' avtonom sualtı vasitəsi Gölcük sularındadır. Onu yaxından izləmək istəyən bütün ziyarətçilərimizi "TEKNOFEST Mavi Vətən"ə dəvət edirik".

DERİNGÖZ TRT-nin media tərəfdaşlığı ilə 20–23 avqust tarixlərində Gölcük Gəmiqayırma Zavodu Komandanlığında keçiriləcək "TEKNOFEST Mavi Vətən" tədbirində ziyarətçilərə təqdim olunacaq.

Qeyd edək ki, Türkiyənin dənizçilik sahəsində ilk texnologiya festivalı olan “TEKNOFEST Mavi Vətən” ölkənin Kocaeli vilayətində yerləşən Gölcük Tərsanəsində dörd gün davam edəcək.

Festivalda "TCG İstanbul", "TCG Burgazada", "TCG Hızırreis" və "TCG Sakarya" kimi Türkiyənin müdafiə sənayesinin artıq bilinən yerli istehsal vasitələri ilə yanaşı, müxtəlif pilotsuz dəniz və sualtı sistemlər sərgilənəcək, ölkənin sualtı hücum (SAT) və sualtı müdafiə (SAS) komandolarının xüsusi nümayişləri keçiriləcək.

Tədbirdə Türkiyənin Makina və Kimya Sənayesi, “HAVELSAN”, “ASFAT”, “ASELSAN” və “ROKETSAN” şirkətlərinin ən yeni müdafiə sistemləri təqdim ediləcək. Gənc mühəndislər isə pilotsuz sualtı sistemlər və sualtı raket yarışlarında iştirak edəcəklər.

Tədbir 23 avqustadək davam edəcək.