SİYASƏT
2 dəqiqə oxuma
Almaniya may ayından bəri 10 mindən çox qeyri-qanuni miqrantı geri qaytarıb
Daxili işlər naziri Aleksander Dobrindt hökumətin sərhəd-keçid məntəqələrində tədbirlərini daha da sərtləşdirməsinin "son dərəcə təsirli" olduğunu və...
Almaniya may ayından bəri 10 mindən çox qeyri-qanuni miqrantı geri qaytarıb
Aleksandr Dobrindt hökumətin sərtləşdirilmiş tədbirlərinin qlobal qavrayışı dəyişdirdiyini bildirdi. / DPA
 

Daxili işlər naziri Aleksander Dobrindt hökumətin sərhəd-keçid məntəqələrində tədbirlərini daha da sərtləşdirməsinin "son dərəcə təsirli" olduğunu və sentyabrdan sonra da tədbirlərin davam edəcəyini bildirib.

Daxili işlər nazirinin sözlərinə görə, may ayında yeni mühafizəkar koalisiya hökuməti işə başlayandan bəri Almaniya 10 mindən çox qeyri-qanuni miqrantın öz ölkəsinə daxil olmasının qarşısını alıb.

Kansler Fridrix Merrtsin yaxın müttəfiqi Aleksandr Dobrindt həftəlik “Stern” jurnalına bildirib ki, sərhəd tədbirlərinin daha da sərtləşdirilməsi uğurlu alınıb və hökumət bu tədbirləri sentyabr ayından sonra da uzatmağı planlaşdırır.

A. Dobrindt "Mayın 8-dən bəri sərhədlərimizdə 10 mindən çox qeyri-qanuni miqrantı geri qaytardıq, onlardan təxminən 550-si sığınacaq axtaran şəxs idi. Məlumdur ki, artıq sərhəddə fərq yoxdur, bu da sığınacaq müraciətlərinin azalmasının səbəblərindən biridir" deyib. O, hökumətin sərt tədbirlərinin "son dərəcə təsirli" olduğunu və Almaniyanın miqrasiya siyasətindəki dəyişiklikdən hamını xəbərdar edən qlobal təsəvvürləri dəyişdirdiyini iddia edib.

Dobrindt həmçinin, "Bu uğuru davam etdirmək üçün tədbirləri həyata keçirməyə davam edəcəyik. Bütün tədbirlər milli və Avropa qanunlarına uyğundur" deyib.

Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniya hazırda öz ölkələrindəki müharibələrdən və münaqişələrdən qaçan əsasən ukraynalılar, suriyalılar və əfqanlardan ibarət təxminən 3,5 milyon qaçqına ev sahibliyi edir.

Fevral seçki kampaniyası zamanı kansler Mertsin mühafizəkar Xristian Demokratları qeyri-qanuni miqrasiyanın azaldılması üçün ciddi tədbirlər görəcəyini vəd etmişdilər. May ayında koalisiya hökuməti qurduqdan sonra onlar qonşu ölkələrlə daha əhatəli sərhəd nəzarəti həyata keçirməyə başladılar. Bu ölkələr Aİ üzvü olsalar da, Almaniyanın bu addımı müəyyən gərginliyə səbəb olub.

Almaniyanın sərhəd nəzarəti xüsusilə şərq qonşusu Polşa ilə gərginlik yaradıb. Keçən ay Varşava Almaniyanı miqrantları Polşa ərazisinə yönləndirməkdə ittiham edərək öz sərhədində müvəqqəti yoxlamalar tətbiq edib.

Aİ qaydalarına əsasən, üzv dövlətlər yalnız ictimai asayiş üçün ciddi təhdidlər kimi müstəsna hallarda pasportsuz Şengen zonasında müvəqqəti sərhəd nəzarəti həyata keçirə bilər. Avropa Komissiyası dəfələrlə vurğulamışdır ki, bu cür tədbirlər yalnız “son çarə” kimi istifadə edilməli və “müvəqqəti” olaraq qalmalıdır.

Mertsin mühafizəkarları Aİ sığınacaq qanunun miqrantlardan ərizələrini ilk daxil olduqları dövlətdə, misal üçün Yunanıstan və ya İtaliya kimi ölkələrdə təqdim etmələrinin vacibliyini, Almaniyaya getməməsini tələb edirlər.

Araşdırma
Donald Tramp Çində səfərdədir
Finlandiya prezidenti A.Stubb Türkiyəni NATO-nun əvəzolunmaz müttəfiqi adlandırıb
Le Pen prezident seçiləcəyi təqdirdə Ukraynaya yardımları dayandıracağını bildirib
Pakistan regional əlaqələri gücləndirmək üçün "etimad və inam" çağırışı etdi
Əraqçi: "Regional blok İranın Hörmüz boğazını iki gün müddətinə açmaq planını dəstəkləyir"
K.Kallas Rusiyanın danışıqlar üçün irəli sürdüyü tələbləri "cəfəngiyat" adlandırıb
İran ABŞ ilə aralarındakı "nə müharibə, nə sülh" status-kvosunu rədd edir
V.Putin, Si və D.Tramp noyabrın 19-da üçtərəfli zirvə görüşü keçirəcəklər
Almaniya Ukraynaya 200 milyon avro maliyyə yardımı ayıracaq
Rusiya və Ukrayna Avropanın danışıqlara qoşulması barədə razılığa gəlib
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki radar sistemini hədəf alıb
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
Rusiya nümayəndə heyəti Ukrayna və ABŞ ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə səfər edib
“Həmas” Qəzza üzrə Sülh Şurasını bölgədəki daşqın böhranını görməzdən gəlməkdə günahlandırıb
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq
İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya ABŞ-yə xəbərdarlıq edib
İsxak Hersoq Trampın İsrailə yardımı dayandırmaq qərarına münasibət bildirib
Volodimir Zelenski Trampın xüsusi nümayəndələri ilə telefon danışığı apardığını açıqlayıb
Müxalifət lideri Q.Ayzenkot hakimiyyəti "demokratiyaya qarşı qətliam" törətməkdə günahlandırıb