Bu gün İsrailin Qəzza zolağında üç il əvvəl başlatdığı və hələ də davam edən soyqırımın il dönümüdür. İsrail ordusu 7 oktyabr 2023-cü ildə Qəzza zolağına yönəlik hava və quru hücumlarına başladı.
Bu üç il ərzində Qəzzaya 223 min ton bomba atılıb. Bu miqdarın Hiroşimaya atılan atom bombasından 16 dəfə çox olduğu bildirilir.
Təxminən 2 milyon nəfərin yaşadığı Qəzza zolağında çoxlu sayda tikili hücumlar nəticəsində məhv edildi.
2023-cü il 24 noyabr tarixində ayəşkəs qüvvəyə minməsinə baxmayaraq təxminən bir həftə sonra 1 dekabr 2023-cü ildə sona çatdı. Bu müddətdə 81 israilli girov ilə 240 fələstinli əsir azad edildi.
Atəşkəs müddətinin uzadılması gözlənilərkən İsrail ordusu hücumlarına yenidən başladı.
Atəşkəsin ikinci mərhələsi əngəlləndi
İkinci atəşkəsin elan edilməsi isə bir ildən çox vaxt aldı. 2025-ci il yanvarın 19-da qüvvəyə minən atəşkəs təxminən iki ay davam etdi. Bu müddətdə 33 israilli girov ilə 1900 fələstinli azad olundu.
İsrail atəşkəsin ikinci mərhələsinin icrasına mane olaraq hücumlarını davam etdirdi.
Qatil İsrail fələstinliləri təkcə bombardıman edərək öldürmür, aclığı da bir silah kimi istifadə etdi. 2025-ci il martın 2-də İsrail Qəzzaya girişi təxminən 11 həftə boyunca tamamilə bağladı. Qəzzada başlayan aclıq qida çatışmazlığı səbəbindən 164-ü uşaq olmaqla 460 nəfərin ölümünə səbəb oldu.
Yardım paylama məntəqələri ölüm tələsinə çevrildi
Dünyadan gələn reaksiyalardan sonra İsrail güya yardım paylama məntəqələri qurdu. Lakin bu məntəqələri ölüm tələsinə çevirdi. Bu nöqtələrdə 2 min 600-dən çox fələstinli qətlə yetirildi, 19 min nəfər yaralandı.
Atəşkəs dövründə 1145 fələstinli qətlə yetirildi
Üçüncü atəşkəs ABŞ prezidenti Donald Trampın 20 maddəlik planı çərçivəsində 10 oktyabr 2025-ci ildə qüvvəyə mindi.
Atəşkəsin növbəti mərhələləri üçün təfərruatlı plan hazırlandı. “Həmas” müqavimət hərakatı əlindəki bütün israilli girovları azad etdi. Şimaldan didərgin salınmış fələstinlilər atəşkəs müddətində evlərinə qayıtmağa başladılar.
Geriyə qayıtdıqlarında tapdıqları tək şey dağıntılar idi.
Atəşkəsə baxmayaraq hücumlarına davam edən İsrail qüvvələri daha 1145 fələstinlini qətlə yetirdi. İkinci mərhələnin icrasına isə hələ başlanılmayıb.
Qətlə yetirilənlərin sayı 74 mini keçdi
Soyqırımda həlak olanların sayı 74 mini keçərkən, 175 mindən çox fələstinli yaralandı. 2 min 700-dən çox ailənin isə rəsmi olaraq sağ qalan fərdi yoxdur. Minlərlə insan isə hələ də dağıntılar altındadır.
Qətlə yetirilənlərin 21 min 500-ü körpə və uşaqlardan ibarət olduğu halda, 58 min 800 uşaq isə valideynlərindən ən azı birini itirdi.


















