Qlobal Sumud Donanması aktivistləri İstanbula gətirildi

İsrailin beynəlxalq sularda saxladığı, aralarında 36 Türkiyə vətəndaşının da olduğu 137 nəfər xüsusi təyyarə ilə Türkiyəyə çatıb

Qlobal Sumud Donanması aktivistləri İstanbula gətirildi / Reuters

İsrail tərəfindən beynəlxalq sularda saxlanılan Qlobal Sumud Donanması üzvlərini daşıyan təyyarə İsrailin Eylat şəhərindəki “Ramon” hava limanından havaya qalxaraq oktyabrın 4-də İstanbul hava məkanına daxil olub. “Turkish Airlines”a (Türkiyə Hava Yolları) məxsus təyyarə yerli saatı ilə 15:40-da İstanbul aeroportuna eniş edib.

“Anadolu” agentliyinin əldə etdiyi məlumata görə, aktivistlər sənədləşmə işləri tamamlandıqdan sonra günorta saatlarında “Ramon” hava limanından təyyarəyə miniblər. Uçuşda ümumilikdə 137 şəxs Qlobal Sumud Donanması üzvü iştirak edib və onların arasında 36 nəfər Türkiyə vətəndaşı da olub.

Türkiyənin diplomatik mənbələrinin bildirdiyinə görə, təyyarədə həmçinin ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Cəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya vətəndaşı olan aktivistlər də yer alıb.