ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Ərdoğan "NEXT Sosyal" media platformasında ilk paylaşımını etdi
Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin sürətlə böyüyən yerli sosial media platforması "NEXT Sosyal" şəbəkəsində ilk paylaşımını etdi
Ərdoğan "NEXT Sosyal" media platformasında ilk paylaşımını etdi
Türk sosial media platforması "NEXT Sosyal"
18 avqust 2025

Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin sürətlə böyüyən yerli sosial media platforması "NEXT Sosyal" şəbəkəsində ilk paylaşımını etdi.

Ərdoğanın ilk paylaşımı Türkiyənin yeni sosial media platforması olan "NEXT Sosyal" şəbəkəsində bir milyondan çox istifadəçiyə çatdığı və onlayn tətbiq mağazası reytinqində zirvəyə yüksəlməsilə üst-üstə düşdü.

Şair Erdem Bayazıtın “Sənə, Mənə, Vətənimə, Ölkəmin İnsanlarına Dair” adlı şeirindən bir misra sitat gətirən Ərdoğan təqibçilərə "Beton divarlar arasında çiçək açdı" sözləri ilə təqibçilərinə "Hazırsınız mı?" sualını verdi.

Dövlət başçısı paylaşımına “Başlayırıq” həştəqi ilə yanaşı Türkiyə bayrağı, dünya və raket emojilərini də əlavə edib.

"NEXT Sosyal" nədir?

Bu paylaşım Türkiyə Texnologiya Komandası (T3) Vəqfinin rəhbərliyi altında hazırlanan "NEXT Sosyal" platforması istifadəçi sayının bir milyonu istifadəçini ötməsindən sonra edildi.

"NEXT Sosyal"ın 1 milyon istifadəçiyə çatdığı xəbəri avqustun 16-sı TEKNOFEST İdarə Heyətinin sədri və T3 Vəqfi Mütevelli Heyətinin sədri Selçuk Bayraktar tərəfindən açıqlandı.

Qlobal platformalara "təmiz və təhlükəsiz" alternativ kimi təqdim edilən "NEXT Sosyal" yaxın zamanda mobil proqramlar mağazalarında sürətlə reytinq qazandı və bu yaxınlarda "sosial şəbəkə" kateqoriyasında ən populyar pulsuz proqram kimi seçildi.

Beta versiyasından sonra sürətlə böyüyən platforma istifadəçilərin xəbərlər, texnologiya, həyat tərzi və aktual hadisələrlə bağlı fikirlərini və məzmununu paylaşa biləcəkləri bir proqram təqdim edir.

Prezidentin dəstəyi "NEXT Sosyal" üçün simvolik bir dəstək oldu və Türkiyənin yerli olaraq inkişaf etdirilən rəqəmsal platformaları dəstəkləmək səylərini gücləndirdi.

Araşdırma
Çinin yeni təyyarədaşıyan gəmisi xidmətə başlayıb
"Nvidia" şirkətinin rəhbəri Çinin süni intellekt yarışında qalib gələcəyini bildirib
Türkiyənin kosmik şirkəti "Fergani" daha bir yerli peyki kosmosa göndərdi
Venesuela müxalifətinin lideri Mariya Korina Maçado 2025-ci il Nobel Sülh Mükafatına layiq görüldü
"Türkiye İnnovation Week" tədbirində süni intellekt və media müzakirə edilib
2025 Nobel tibb mükafatı “periferik immunitet tolerantlığı”nın kəşfinə verildi
5G texnologiyası Türkiyə iqtisadiyyatına 100 milyard dollar qazandıracaq
“YouTube” Trampın hesabının dayandırılması işini həll etmək üçün 24,5 milyon dollar ödəyəcək
Qlobal məhkəmə ekspertlərinin diqqət mərkəzində insan hüquqları və innovasiyalar olub
“Polad günbəz” sistemi TEKNOFEST-də böyük maraq doğurdu
Türkiyənin reaktiv təlim təyyarəsi ''Hürjet'' TEKNOFEST 2025-də böyük maraqla qarşılandı
ÜTT: “Süni intellekt 2040-a qədər qlobal ticarəti 40% artıra bilər”
İstanbul TEKNOFEST festivalına ev sahibliyi edir
Milyonlara təsir edən nasazlıqdan sonra "Google" xidmətləri yenidən onlayn rejimdə işləyir
Türkiyə yeni təyyarədaşıyan gəmisi ilə Fransanı geridə qoyur
Türkiyə İstanbulda təşkil edilən keçid mərasimində "Mavi Vətən" doktrinasını ön plana çıxardı
“OpenAI” Hindistanda nəhəng məlumat mərkəzi qurur
Dənizçiliyə həsr olunmuş TEKNOFEST İstanbulda start verib
NVIDIA insanabənzər robotlar üçün "T5000" çipini təqdim etdi
Türkiyə “Şimşək” adlı yüksək sürətli PUA sistemini uğurla sınaqdan keçirdi