R.T.Ərdoğan: ''İƏT Suriyanın iqtisadi inkişafına dəstək məqsədilə xüsusi proqram başladıb”
Prezident Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasında İslam dünyasının dəstəyinin vacibliyini vurğulayıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) çərçivəsində Suriyaya dəstək məqsədilə xüsusi proqram başladılıb. Prezident Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasında İslam dünyasının dəstəyinin vacibliyini vurğulayıb.
Noyabrın 3-də İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin 41-ci Nazirlər Toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Bəşəri və institusional potensialın gücləndirilməsinə töhfə verəcək bu proqramla Suriyaya təlim, ekspert mübadiləsi, ehtiyacların qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma kimi sahələrdə layihə dəstəyi verəcəyik. Təxminən 14 ildir ki, suriyalı qardaşlarımız ağır bədəl ödəyiblər. Təxminən 1 milyon suriyalı qardaşlarımız ‘'Baas'‘ rejimi və terror təşkilatlarının hücumlarında həyatını itirib. Milyonlarla insan başqa ölkələrə köçmək məcburiyyətində qalıb".
Ərdoğan Türkiyənin qardaşlıq və qonşuluq vəzifələrini ən yaxşı şəkildə yerinə yetirməyə çalışdığını bildirərək deyib: "Allaha şükür ki, məzlum suriyalılar qələbə qazandı’’.
O, bildirib ki, 14 ildir Suriyanı qan gölünə çevirən vəhşiliklər nəhayət 8 dekabr inqilabı ilə sona çatıb və Suriya Prezident Əhməd Şəraa rəhbərliyi altında bərpa dövrünə qədəm qoyub.
Ərdoğan vurğulayıb ki, Türkiyə nəqliyyat və təhsildən təhlükəsizlik və ticarətə, səhiyyədən sosial xidmətlərə qədər bir çox sahədə Suriya xalqını dəstəkləməyə davam edir.