ELM VƏ TEXNOLOGİYA
3 dəqiqə oxuma
Çin süni intellektin inkişafı və təhlükəsizliyinə dair qlobal konsensus yaradılmasına çağırıb
ABŞ isə "həddindən artıq tənzimləmə"yə qarşı xəbərdarlıq edir və Böyük Britaniya ilə birlikdə sammitdə "açıq", "inklüziv" və "etik" süni intellekt çağırışına qoşulmaqdan imtina edir
Çin süni intellektin inkişafı və təhlükəsizliyinə dair qlobal konsensus yaradılmasına çağırıb
Çində keçirilən süni intellekt yığıncağı
26 iyul 2025

Çinin Baş naziri Li Qiang xəbərdarlıq edib ki, süni intellekt inkişafı təhlükəsizlik riskləri ilə balanslaşdırılmalıdır. Pekin və Vaşinqton arasında texnologiya yarışının dayanmadan davam etdiyi bir vaxtda qlobal konsensusa təcili ehtiyac olduğunu deyib.

Baş nazirin açıqlamaları ABŞ prezidenti Donald Trampın sürətlə irəliləyən bu sahədə ABŞ-ın üstünlüyünü möhkəmləndirməyi məqsəd götürən, aşağı hüquqi maneələrlə aqressiv strategiya elan etməsindən bir neçə gün sonraya təsadüf edir. Tramp özəl sektorun süni intellektinin inkişafına mane ola biləcək bürokratik əngəlləri və ağır tənzimləmələri aradan qaldıracağına söz verib.

Şanxayda Ümumdünya Süni İntellekt Konfransının (WAIC) açılışında danışan Li idarəetmə və açıq mənbə inkişafının zəruriliyini vurğulayıb və beynəlxalq süni intellekt sahəsində əməkdaşlıq üçün Çinin rəhbərlik etdiyi bir təşkilatın yaradıldığını elan edib.

Çinin Baş naziri deyib ki, “Süni intellektdən irəli gələn risklər və çətinliklər geniş şəkildə diqqətləri cəlb edib... İnkişaf və təhlükəsizlik arasında tarazlığın yaradılması təcili olaraq cəmiyyətin bütün təbəqələri arasında daha böyük konsensus tələb edir”.

Baş nazir ölkəsinin açıq mənbəli süni intellektin inkişafını "aktiv şəkildə təşviq edəcəyini" söyləyib və Pekinin bu sahədə irəliləyişləri, xüsusən də inkişaf etməkdə olan ölkələrlə bölüşməyə hazır olduğunu bildirib.

“Əgər biz texnoloji inhisar, nəzarət və maneə törətsək, süni intellekt yalnız bir neçə ölkə və bir neçə şirkətə məxsus olacaq. Yalnız açıqlıq, paylaşma və ədalətli çıxış prinsiplərinə riayət etməklə daha çox ölkə və icma süni intellektdən faydalana bilər,-deyə o qeyd edib.

Çinin Baş naziri qeyri-kafi hesablama gücü və çip təchizatı”nı süni intellektin inkişafındakı darboğaz kimi təsvir edib.

Qeyd edək ki, Vaşinqton Pekinin hərbi sistemlərini gücləndirmək və ABŞ-ın texnoloji üstünlüyünü pozmaq üçün istifadə oluna biləcəyindən ehtiyat edərək, son illərdə Çinə yüksək texnologiyalı çip ixracını məhdudlaşdırmaq səylərini genişləndirdi.

Çin isə süni intellekti texnoloji baxımdan özünü təmin etmək planlarının sütununa çevirdi və hökumət bu sektoru dəstəkləmək üçün bir sıra tədbirlər vəd etdi.

Yanvar ayında çinli təşəbbüskar "DeepSeek" daha az güclü çiplərdən istifadə etməsinə baxmayaraq, ABŞ-ın ən yaxşı sistemləri qədər performans göstərən sünu intellekt modelini təqdim etdi.

"Ev heyvanı pələng balası"

Süni intellektin demək olar ki, hər bir sektora inteqrasiya olunduğu bir vaxtda onun istifadə halları dezinformasiyanın yayılmasından məşğulluğa təsir və texnoloji nəzarətin itirilməsi riskinə qədər çoxsaylı etik suallar doğurur.

WAIC-də çıxış edən Nobel mükafatlı fizik Geoffrey Hinton mövcud vəziyyəti "çox sevimli pələng balasını ev heyvanı kimi saxlamaqla" müqayisə edib.

O, "Əgər sağ qalmaq istəyirsənsə, onu yaxşı məşq etməlisən ki, böyüyüb səni öldürməsin" deyib.

WAIC-in açılış mərasimində yayımlanan videomüraciətdə BMT-nin Baş katibi Antonio Quterreş süni intellekt idarəetməsinin “beynəlxalq əməkdaşlığın həlledici sınağı” olacağını söyləyib.

Mərasimdə Fransa prezidentinin süni intellekt üzrə xüsusi nümayəndəsi Ann Buvero “qlobal fəaliyyətin aktuallığını” vurğulayıb.

Fevral ayında Parisdə keçirilən süni intellekt sammitində Çin, Fransa və Hindistan da daxil olmaqla 58 ölkə, həmçinin Avropa İttifaqı və Afrika Birliyi Komissiyası süni intellekt idarəetməsi üzrə daha güclü koordinasiyaya çağırıb.

Bununla belə, ABŞ "həddindən artıq tənzimləmə" ilə bağlı xəbərdarlıq edərkən, Böyük Britaniya ilə birlikdə sammitin "açıq", "iştirakçı" və "etik" süni intellekt çağırışına qoşulmaqdan imtina edib.

Araşdırma
Venesuela müxalifətinin lideri Mariya Korina Maçado 2025-ci il Nobel Sülh Mükafatına layiq görüldü
"Türkiye İnnovation Week" tədbirində süni intellekt və media müzakirə edilib
2025 Nobel tibb mükafatı “periferik immunitet tolerantlığı”nın kəşfinə verildi
5G texnologiyası Türkiyə iqtisadiyyatına 100 milyard dollar qazandıracaq
“YouTube” Trampın hesabının dayandırılması işini həll etmək üçün 24,5 milyon dollar ödəyəcək
Qlobal məhkəmə ekspertlərinin diqqət mərkəzində insan hüquqları və innovasiyalar olub
“Polad günbəz” sistemi TEKNOFEST-də böyük maraq doğurdu
Türkiyənin reaktiv təlim təyyarəsi ''Hürjet'' TEKNOFEST 2025-də böyük maraqla qarşılandı
ÜTT: “Süni intellekt 2040-a qədər qlobal ticarəti 40% artıra bilər”
İstanbul TEKNOFEST festivalına ev sahibliyi edir
Milyonlara təsir edən nasazlıqdan sonra "Google" xidmətləri yenidən onlayn rejimdə işləyir
Türkiyə yeni təyyarədaşıyan gəmisi ilə Fransanı geridə qoyur
Türkiyə İstanbulda təşkil edilən keçid mərasimində "Mavi Vətən" doktrinasını ön plana çıxardı
“OpenAI” Hindistanda nəhəng məlumat mərkəzi qurur
Dənizçiliyə həsr olunmuş TEKNOFEST İstanbulda start verib
NVIDIA insanabənzər robotlar üçün "T5000" çipini təqdim etdi
Türkiyə “Şimşək” adlı yüksək sürətli PUA sistemini uğurla sınaqdan keçirdi
Canlı yayım faciəsi rəqəmsal platformaların məsuliyyətini gündəmə gətirdi
Əminə Ərdoğan da “NEXT Sosial” platformasına qoşuldu
Ərdoğan "NEXT Sosyal" media platformasında ilk paylaşımını etdi