SİYASƏT
2 dəqiqə oxuma
Almaniya: Türkiyə geostrateji tərəfdaş kimi Aİ müdafiə proqramlarına daxil edilməlidir
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ankara ilə daha sıx əməkdaşlıq vəd edib və Türkiyə və Böyük Britaniya kimi əsas NATO tərəfdaşlarının Aİ-nin...
Almaniya: Türkiyə geostrateji tərəfdaş kimi Aİ müdafiə proqramlarına daxil edilməlidir
Hakan Fidan-Yohann Vadeful / AP
 

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ankara ilə daha sıx əməkdaşlıq vəd edib və Türkiyə və Böyük Britaniya kimi əsas NATO tərəfdaşlarının Aİ-nin 173 milyard dollarlıq birgə müdafiə tədarükü proqramına daxil edilməsinin vacibliyini dilə gətirib.

Almaniya xarici işlər naziri Yohann Vadeful Türkiyənin uzunmüddətli və etibarlı NATO müttəfiqi olduğunu və Aİ-nin yeni müdafiə proqramlarına daxil edilməli olduğunu söyləyib.

Y. Vadeful Berlində türk həmkarı Hakan Fidanla birgə mətbuat konfransında Türkiyəni vacib 'geostrateji tərəfdaş' kimi gördüklərini və münasibətlərdə 'yeni səhifə' açmaq istədiklərini bildirib.

Aİ-nin müdafiə qabiliyyətlərini gücləndirmək üçün 150 milyard avro (173 milyard dollar) məbləğindəki birgə müdafiə tədarükü proqramına toxunaraq deyib: "Mən qəti şəkildə inanıram ki, Aİ-nin SAFE (Aİ-nin yeni maliyyə təşəbbüsü) proqramı vacib NATO tərəfdaşları kimi Türkiyə və Böyük Britaniyaya açılmalıdır".

Vadeful bu məsələ ilə bağlı konstruktiv müzakirələr apardıqlarını bildirib və əlavə edib: “Daha əvvəl vurğuladığım kimi, Türkiyə həmişə çox etibarlı və sabit NATO tərəfdaşı olub. Almaniya hökuməti olaraq, ikitərəfli münasibətlərimizi yeni səviyyəyə qaldırmağa və xüsusən də təhlükəsizlik ölçüsünü gücləndirməyə çalışırıq”.

NATO müttəfiqləri ilə Türkiyə arasında daha sıx əlaqələr

Sentyabr ayında NATO-nun Baş katibi Mark Rutte də Türkiyənin Aİ silahlanma proqramı SAFE-də iştirakını dəstəklədiyini bildirib.

Aİ səfirləri ilə görüşdə Rutte Türkiyənin SAFE proqramına müraciətinin həm Avropa müdafiə əməkdaşlığını, həm də NATO alyansını gücləndirəcəyini deyib.

O, Türkiyənin hərbi imkanlarının onu Avropa üçün əvəzolunmaz təhlükəsizlik gücə çevirdiyini vurğulayıb.

May ayında Aİ liderləri tərəfindən qəbul edilən SAFE təcili müdafiə tədarükünü sürətləndirmək üçün rəqabətədavamlı qiymətlərlə uzunmüddətli kreditlər təqdim edəcək.

Avropa Komissiyasının 2030-cu ilə qədər Avropa Yenidən Silahlanma Planı/Hazırlığının bir hissəsi olan bu proqram müdafiə xərclərinə 800 milyard avrodan (924 milyard dollar) çox səfərbər etməyi hədəfləyir. Kreditlər yalnız Aİ üzv dövlətlərinə veriləcək olsa da, Ukrayna və EEA-AEFTA ölkələri də proqram çərçivəsində birgə satınalmalarda iştirak etmək hüququna malik olacaqlar.

Araşdırma
Donald Tramp Çində səfərdədir
Finlandiya prezidenti A.Stubb Türkiyəni NATO-nun əvəzolunmaz müttəfiqi adlandırıb
Le Pen prezident seçiləcəyi təqdirdə Ukraynaya yardımları dayandıracağını bildirib
Pakistan regional əlaqələri gücləndirmək üçün "etimad və inam" çağırışı etdi
Əraqçi: "Regional blok İranın Hörmüz boğazını iki gün müddətinə açmaq planını dəstəkləyir"
K.Kallas Rusiyanın danışıqlar üçün irəli sürdüyü tələbləri "cəfəngiyat" adlandırıb
İran ABŞ ilə aralarındakı "nə müharibə, nə sülh" status-kvosunu rədd edir
V.Putin, Si və D.Tramp noyabrın 19-da üçtərəfli zirvə görüşü keçirəcəklər
Almaniya Ukraynaya 200 milyon avro maliyyə yardımı ayıracaq
Rusiya və Ukrayna Avropanın danışıqlara qoşulması barədə razılığa gəlib
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki radar sistemini hədəf alıb
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
Rusiya nümayəndə heyəti Ukrayna və ABŞ ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə səfər edib
“Həmas” Qəzza üzrə Sülh Şurasını bölgədəki daşqın böhranını görməzdən gəlməkdə günahlandırıb
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq
İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya ABŞ-yə xəbərdarlıq edib
İsxak Hersoq Trampın İsrailə yardımı dayandırmaq qərarına münasibət bildirib
Volodimir Zelenski Trampın xüsusi nümayəndələri ilə telefon danışığı apardığını açıqlayıb
Müxalifət lideri Q.Ayzenkot hakimiyyəti "demokratiyaya qarşı qətliam" törətməkdə günahlandırıb