SİYASƏT
2 dəqiqə oxuma
Rusiya Avropanı ABŞ-ın Ukrayna ilə bağlı sülh danışıqları səylərini pozmaqda ittiham edir
Zaxarova Avropanın təkrarlanan informasiya hücumlarının münaqişənin siyasi və diplomatik həlli ehtimalını pozmağa yönəldiyini söyləyib
Rusiya Avropanı ABŞ-ın Ukrayna ilə bağlı sülh danışıqları səylərini pozmaqda ittiham edir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova[Arxiv fotosu] / Reuters
26 noyabr 2025

ABŞ nümayəndələri Rusiya və Ukrayna rəsmiləri ilə təcili görüşlər keçirərkən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropanın dezinformasiya kampaniyasına başladığını iddia edib.

Rusiya Xarici İşlər Nazirliyi Avropa siyasətçilərini və mediasını ABŞ-ın rəhbərlik etdiyi Ukrayna sülh səylərini pozmağa çalışmaqda günahlandırıb.

Mətbuat katibi Mariya Zaxarova noyabrın 25-də "Sputnik" radiosuna verdiyi açıqlamada Avropanın təkrarlanan "informasiya hücumlarının" münaqişənin "siyasi və diplomatik həlli ehtimalını" pozmağa yönəldiyini söyləyib.

Noyabrın 24-də ABŞ ordusunun katibi Den Driskol Əbu-Dabidə Rusiya rəsmiləri ilə yeni danışıqlar raunduna rəhbərlik edib.

Driskol həmçinin davam edən döyüşlərə son qoyacaq mümkün sülh razılaşmasını müzakirə etmək üçün Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirilo Budanovla da görüşüb.

Danışıqlar ABŞ və Ukrayna nümayəndələri prezident Donald Trampın mübahisəli 28 maddəlik sülh planını yenidən nəzərdən keçirdikləri Cenevrədəki həftəsonu danışıqlarından sonda baş tutub.

Əvvəlcə Rusiya üçün əlverişli hesab edilən ilkin versiya Ukraynanın əsas narahatlıqlarını həll edən daha balanslı bir təkliflə əvəz edilib.

Prezident Tramp "Truth Social"da paylaşım edərək deyib: "Sülh planını yekunlaşdırmaq ümidi ilə xüsusi nümayəndəm Stiv Uitkovfa Moskvada prezident Putinlə, ordu katibi Den Driskolla isə ukraynalılarla görüşməyi tapşırmışam". O, həmçinin danışıqların "yalnız bir neçə mübahisəli məqamı" olduğunu qeyd edib.

Ağ Ev "böyük irəliləyiş" əldə edildiyini bildirib, lakin hər hansı sülh razılaşmasının yekunlaşdırılmasından əvvəl həssas detalların həll edilməli olduğu barədə xəbərdarlıq edib.

Lakin Fransa prezidenti Emmanuel Makron şübhə ilə yanaşaraq bildirib ki, Moskvanın yenidən işlənmiş plan çərçivəsində atəşkəsi müzakirə etmək üçün aydın bir niyyəti yoxdur.

Araşdırma
Hakan Fidan:''Türkiyə İranın daxili sabitliyini pozmağa yönəlmiş hər hansı plana qarşıdır''
Çin Hörmüz boğazındakı bütün tərəfləri gəmi hücumlarını dərhal dayandırmağa çağırıb
Rəcəb Tayyib Ərdoğan: ''Türkiyə sülh tərəfdarıdır''
Pezeşkian Rusiya və Pakistan liderləri ilə görüşərək müharibəni dayandıracaq addımları açıqlayıb
İsrail rəsmisi: ''İran ərazisində 3400-dən çox hərbi hədəfə hava zərbələri endirilib''
Rusiya Ukraynanı terror aktı törətməkdə ittiham edib
İspaniya İsraildəki səfirini geri çağırıb
Dmitri Peskov: ''Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi İstanbulda keçirilə bilər''
Yusif Pezeşkian Müctəba Xameneinin yaralanması barədə yayılan xəbərləri təkzib edib
Aİ İordan çayının qərb sahilində törədilən zorakılığın dayandırılmasına çağırış edib
Rusiya: ''İsfahandakı konsulluğumuz hücum zamanı zərər gördü''
Marko Rubio Talibanı ABŞ vətəndaşlarını dərhal azad etməyə çağırdı
Böyük Britaniya qlobal neft ehtiyatlarının bazara çıxarılmasını dəstəkləyir
İran ABŞ ilə "çox acı təcrübə"dən sonra müzakirələri rədd etdiyini bildirdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu:''Müharibənin nə vaxt bitəcəyinə Amerika qərar verə bilməz''
Rusiya və Çin davam edən müharibə fonunda İranın yeni lideri Müctəba Xameneiyə dəstək vəd ediblər
İran ABŞ və İsraillə əməkdaşlıq edənlərin əmlakını müsadirə edəcək
İranın yeni ali dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei oldu
İsrail ordusu İranla ən azı bir aylıq müharibə ssenarisinə hazırlaşır
Ərəb Liqasının baş katibi İranın üzv ölkələrə hücumlarını qətiyyətlə pisləyib