R.T.Ərdoğan: ''Türkiyə Qəzzadakı həqiqətləri hayqırmağa davam edəcək''
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Qəzzada baş verənlərin unudulmaması və ədalətin təmin olunması üçün hər cəbhədə mübarizəsini qətiyyətlə davam etdirəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Qəzzada baş verənlərin unudulmaması və ədalətin təmin olunması üçün hər cəbhədə mübarizəsini qətiyyətlə davam etdirəcək.
Dekabrın 18-də Ankarada keçirilən tədbirdə çıxış edən R.T. Ərdoğan deyib:
"Türkiyə Qəzzada baş verənlərin unudulmaması və ədalətin qələbə qazanması üçün hər cəbhədə mübarizəsini qətiyyətlə davam etdirəcək. Həqiqəti hayqırmağı özünə borc bilən bir ölkə və administrasiya olaraq biz Fələstin xalqının yanında dayanırıq".
Ərdoğan həmçinin Türkiyə media orqanlarını, xüsusən də TRT və Anadolu Agentliyini Qəzzada baş verən hadisələri işıqlandırmaqda göstərdikləri cəsarətli mövqeyə görə təbrik edib.
Ərdoğan Anadolu Agentliyinin fotojurnalisti Əli Cedallahın işlərini yüksək qiymətləndirib.
‘‘Onun çəkdiyi fotolar yalnız Qəzzadakı qətliamı göstərmir, həm də Fələstin xalqının ədalətli və şərəfli müqavimətini bütün dünyaya nümayiş etdirir. İki ildir Qəzzada davam edən vəhşi soyqırımı fotoşəkilləri ilə bütün dünyaya çatdıran və dünyanı həqiqətlə üzləşdirən qardaşımız Əli eyni zamanda Anadolu Agentliyinin fotojurnalisti kimi də bu sahədə xidmət göstərir",-deyə Türkiyə Prezidenti vurğulayıb.