ŞƏRHLƏR
4 dəqiqə oxuma
Yenə vahid Suriya: Suriyalılar YPG terror təşkilatına qarşı qələbəni necə şərh edirlər?
Deyr əz-Zordan Rakkaya, Hasəkədən Tabqaya qədər illərdir YPG/PKK terrorundan, yoxsulluqdan və məhdudiyyətlərdən əziyyət çəkən suriyalılar dövlət nəzarətinin geri qaytarılmasını və vahid Suriya vədini qeyd edirlər
Yenə vahid Suriya: Suriyalılar YPG terror təşkilatına qarşı qələbəni necə şərh edirlər?
Suriyalılar / AA
2 fevral 2026

Suriya yanvarın 24-də YPG terror təşkilatı ilə yeni atəşkəs və inteqrasiya müqaviləsi imzaladığını açıqladı. Bu addım müharibədən yorulmuş ölkənin bütün ərazilərini Suriya dövlətinin nəzarəti altında birləşdirmək səylərində yeni bir mərhələni təmsil edir.

Razılaşmaya əsasən, YPG üzvləri cəbhə xəttindəki mövqelərindən geri çəkiləcək və Suriya Daxili İşlər Nazirliyinin bölmələri Hasəkə və Qamışlı şəhər mərkəzlərində yerləşdiriləcək. Bu addım YPG-yə həftələrlə davam edən güclü hərbi təzyiqdən sonra atıldı. Yanvarın əvvəlində şimal və şərq bölgələrində irəliləyən Suriya qüvvələri PKK terror təşkilatının Suriya qolu olan SDF/YPG tərəfindən uzun müddətdir saxlanılan vacib nöqtələri geri qaytarmışdı.

Strateji qazanclar və əməliyyatlar

Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, hökumət qüvvələri terrorçu qrupları əsas hərbi mövqelərdən sıxışdıran intensiv əməliyyatlardan sonra Rakka yaxınlığındakı strateji əhəmiyyətli Tabqa rayonu üzərində tam nəzarəti ələ keçirdi.

Suriya ordusu həmçinin 13 yanvarda Fərat çayının qərbində, xüsusən də Deyr Hafir və Meskene bölgələrində terrorçu mövqelərini hədəf alan əməliyyatlara başladı. Əməliyyatdan əvvəl mülki əhalinin təxliyəsi üçün M15 magistral yolu boyunca humanitar dəhlizlər yaradıldı. Müdafiə Nazirliyi uğurlu əməliyyatdan sonra bölgədə yüzlərlə terrorçunun təslim olduğunu təsdiqlədi.

"İllərdir davam edən zülm sona çatdı"

Bir çox suriyalı üçün bu hadisələr illərdir YPG terror təşkilatının nəzarəti altında olan ərazilərdə dövlət hakimiyyətinin yenidən qurulması deməkdir. Deyr əz-Zorda yaşayan suriyalı jurnalist Zeyn əl-Abidin Türkiyənin "TRT World" telekanalına verdiyi açıqlamada YPG terror təşkilatına qarşı mübarizənin yalnız sözdə federal layihənin dayandırılması ilə bitmədiyini bildirdi: "Bu terror təşkilatı 2015-ci ildən bəri, yəni ölkədə mövcud olduğu vaxtdan bəri Cəzirə bölgəsi xalqına və ümumiyyətlə ərəblərə qarşı bir çox cinayətlər törədib. İllərdir təcrid, ədalətsizlik, zülm və qətllər olub. Onlar insanların həyatını tamamilə məhv ediblər. Onlar əhalini qəsdən laqeyd ediblər və sistematik şəkildə yoxsullaşdırıblar. Buna son qoyulmalı idi və elə də oldu".

2025-ci ilin mart ayında Suriya prezidentliyi YPG terror təşkilatının dövlət qurumlarına inteqrasiyası ilə bağlı razılaşma elan etdi və bütün bölünmə cəhdlərini rədd elədi. Lakin YPG o dövrdə razılaşmanın şərtlərinə əməl etmədi. Suriya prezidenti Əhməd əl-Şaraa dəfələrlə Suriyanın siyasi strukturunun vahid və mərkəzləşdirilmiş olduğunu və dövlət qurumlarının istisnasız olaraq hər bölgəyə yenidən daxil olacağını vurğuladı.

Bir paytaxt, bir bayraq

Dəradan olan siyasi fəal Nedal əl Amari Suriyanın birliyinin hamı üçün sabitliyin və ədalətin təməli olduğunu bildirərək, "Baş verənlər bölünmə və silahlı muxtariyyət terroruna qəti bir zərbədir. Bu, Suriyanın yalnız vahid və suveren bir dövlət kimi qurula biləcəyinə dair açıq bir mesajdır" deyib.

Şərq bölgələrində yaşayanlar illərdir terrorçu qrupun mövcudluğu, hərəkət məhdudiyyətləri və iqtisadi təcrid səbəbindən qorxu və qeyri-sabitliklə üzləşirlər. Jurnalist Zeyn əl Abidin deyib: "Tək paytaxtı Dəməşq olan vahid Suriya bütün suriyalıların arzusudur. 2017-2025-ci illər arasında Deyr əz-Zordan olan biri kimi, mən zaminsiz Rakka və ya Hasəkəyə girə bilməzdim. Hətta öz bölgənizə girmək üçün kürd zamininə də ehtiyacınız var idi. Bu cür irqçilik separatçı layihə rəsmi olaraq başlamazdan əvvəl də mövcud idi".

Enerji resursları və milli suverenlik

Bu dəyişikliyin ən konkret simvolu neft və qaz ehtiyatları oldu. İllərdir dövlət nəzarətindən kənarda qalan şərqdəki enerji yataqları indi yenidən ictimaiyyətə təqdim olunur. Suriya Milli Neft Şirkəti Hasəkə, Rakka və Deyr əz-Zorda geri alınan yataqlarda istehsalın bərpa olunduğunu elan etdi.

Rəsmilər neft hasilatının bir neçə ay ərzində gündə 100 min barelə çata biləcəyini və elektrik enerjisi istehsalına və daha geniş iqtisadiyyata mühüm dəstək verəcəyini bildirirlər. Keçmişdə bu ehtiyatların PKK liderlərinin cibinə girdiyini və ya bölgədən kənara satıldığını qeyd edən Əl Abidin deyib: "Bizim üçün qalan tək şey çirklənmə və ölümcül tüstü idi. İndi ümid edirik ki, hökumət bu ehtiyatları ölkəni yenidən quracaq şəkildə idarə edəcək".

Türkiyə-Suriya həmrəyliyi

BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edən Türkiyə "Fərat qalxanı", "Zeytun budağı" və "Sülh çeşməsi" əməliyyatları ilə Suriyanın şimalındakı terrorçuları zərərsizləşdirdi. Bu əməliyyatlar nəticəsində ən azı 17 min PKK/YPG terrorçusu zərərsizləşdirdi. Türkiyənin cənub-şərq sərhədinin təhlükəsizliyi təmin edildi və PKK terror təşkilatının bölgədəki əməliyyat potensialı böyük ölçüdə məhv edildi. Prezident Ərdoğanın da qeyd etdiyi kimi, Türkiyə Suriyanın şimalında qurulması nəzərdə tutulan "terror kəmərini" darmadağın etdi.

Əl Abidin Suriya ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin çoxdan mövcud olduğunu bildirib və əlavə edib: "PKK terror təşkilatı həm Suriya, həm də Türkiyə üçün ortaq bir təhdiddir. Ankara bu terrorun aradan qaldırılmasında Suriya dövlətini dəstəkləməklə ən böyük rolu oynayıb və ən böyük təzyiqi göstərib".

Araşdırma
2025-ci ilə ümumi baxış: Qəzza soyqırımı, müharibə və münaqişələr
ÜST:''Qəzzadan təxliyə olunmağı gözləyən 1000-dən çox xəstə həyatını itirib''
Ortaq irsimizin beynəlxalq səviyyədə tanınması niyə önəmlidir?
Siqaretin ətraf mühitə vurduğu zərər
Hesabata görə, hər 10 dəqiqədə bir qadın yaxın partnyoru və ya ailə üzvü tərəfindən öldürülür
Plana əsasən, Donbas bölgəsi Rusiyaya veriləcək, hərbi qüvvələr 600 min əsgərlə məhdudlaşdırılacaq
Sudanda nələr baş verir və vəziyyət necə bu qədər ağırlaşıb?
''Türkiyə və digər orta güclər daha ədalətli qlobal nizamın formalaşmasına töhfə verə bilər''
C.Otorbayev: “Türkiyə yeni dünya nizamında güc mərkəzinə çevrilir”
BAEA:''İranın nüvə silahı hazırladığına dair heç bir dəlil yoxdur''
Donald Trampın Asiya turu
BMT 14 milyon insanın aclıq tәhlükәsi ilә üzlәşә bilәcәyi barәdә xәbәrdarlıq edib
Bölünmüş Sudan: nə üçün paralel hökumət dalana dirənmiş müharibədən daha təhlükəlidir?
Azərbaycan, Ermənistan və Cənubi Qafqazda sülhə gedən yol
Aİ-nin Türkiyə vətəndaşları üçün yeni viza qərarı: əsl islahat, yoxsa simvolik jest?
Leroy Sane "Qalatasaray"a transfer oldu
Atəşkəs xəttində: İran-İsrail münaqişəsinin qarışıqlığında Körfəz ölkələri necə hərəkət edəcək?
Ağ Evin qarşısında keçirilən nümayişdən bəzi şəkillər
Türkiyə qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində böyümənin parlaq nümunəsi kimi seçilir
İranla münaqişə gündəmdə olsa da, İsrail Qəzzada fələstinliləri öldürməyə və əlil etməyə davam edir