SİYASƏT
1 dəqiqə oxuma
Aİ Rusiya Ukraynaya təzminat ödəyənə qədər bu ölkənin dondurulmuş aktivlərini geri verməyə bilər
Kaya Kallas Rusiyanın Aİ-dəki dondurulmuş aktivlərinin Ukraynaya təzminat ödənmədən geri verilməyəcəyini vurğulayıb
Aİ Rusiya Ukraynaya təzminat ödəyənə qədər bu ölkənin dondurulmuş aktivlərini geri verməyə bilər
Kaya Kallas
30 avqust 2025

Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Ukraynaya dəyən zərərə görə təzminat ödəmədiyi müddətcə dondurulmuş aktivlərinin Moskvaya geri verilməsinin qeyri-mümkün olduğunu bildirib.

Kallas Kopenhagendə Aİ xarici işlər nazirlərinin toplantısı ərəfəsində jurnalistlərə açıqlama verib. O, "Hətta atəşkəs və ya sülh müqaviləsi olsa belə, Rusiya təzminatları ödəməyənədək Rusiyanın aktivlərinin geri verilməsi qətiyyən düşünülə bilməz" deyə vurğulayıb.

Aİ-nin məlumatına görə, Ukraynaya təcavüzü səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində blok daxilində təxminən 210 milyard avro (245,85 milyard dollar) dəyərində Rusiya aktivləri dondurulub.

Ukrayna, Polşa və Baltikyanı ölkələr kimi bəzi Aİ üzvləri bu aktivləri tamamilə müsadirə edərək Kiyevin dəstəklənməsi üçün istifadə olunmasını tələb edirlər.

Lakin bu tələblər Fransanın və Almaniyanın da daxil olduğu Aİ-nin əsas dövlətləri, eləcə də aktivlərin böyük hissəsini saxlayan Belçika tərəfindən rədd edilib.

Həmin ölkələr aktivlərin müsadirə edilməsinin hüquqi əsasının olmaya biləcəyini qeyd edərək, yalnız bu aktivlərdən gələcəkdə əldə olunacaq gəlirlərin Ukraynanın dəstəklənməsi üçün ayrılmasını təklif edirlər.

Diplomatlar Ukraynadakı müharibə başa çatdıqdan sonra bu fondların necə istifadə olunacağı ilə bağlı müzakirələrin artıq başladığını bildirirlər.

Araşdırma
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib