SİYASƏT
2 dəqiqə oxuma
Argentina prezidenti korrupsiya qalmaqalında keçmiş siyasi elitanı ittiham edir
Argentina prezidenti bacısının da adının hallandığı rüşvət araşdırmasını qarayaxma kampaniyası adlandırıb
Argentina prezidenti korrupsiya qalmaqalında keçmiş siyasi elitanı ittiham edir
Xavyer Milei
29 avqust 2025

Argentina prezidenti Xavyer Miley avqustun 28-də siyasi rəqiblərinə sərt cavab verərək, bacısı və digər yaxın əhatəsinə qarşı irəli sürülən iddiaları rədd edib. Onların ölkənin Əlillər Agentliyindəki rüşvət sxemindən fayda götürdükləri iddia olunur.

Korrupsiya qalmaqalı ilə bağlı ilk geniş açıqlamasında X.Miley rəqiblərinin ona və partiyasına qarşı qarayaxma kampaniyası aparmaqda günahlandırıb.

“Bu həftə baş verənlər keçmiş siyasi elitanın uzun illərdir davam etdirdiyi planın bir hissəsidir”, – deyə X.Miley bildirib.

Ölkədə baş verən korrupsiya qalmaqalı X.Mileyi müdafiə mövqeyinə çəkilməyə vadar edib. Belə bir vəziyyət, iki mühüm seçki qabağı siyasi gedişatın intensivləşdiyi bir vaxtda onun partiyasının ictimai dəstəyini zəiflətmə təhlükəsi yaradır.

Ölkənin ən böyük əyaləti olan Buenos-Ayresdə xüsusilə də X.Mileyin rəqiblərinin illərdir qalası hesab olunan bölgədə 7 sentyabrda şəhər məclis üzvləri və əyalət deputatları seçiləcək.

Oktyabrda isə ölkə parlament arası seçkilərə gedəcək. X.Miley burada müxalifətin nəzarətində olan Konqresdəki azlıq mövqeyini gücləndirməyi hədəfləyir.

Hər iki seçki iqtisadi artımın dayanması, valyuta rezervinin azalması və orta maaşların X.Mileydən əvvəlki dövürdə olan səviyyənin gerisində qalması kimi məsələlər, özünü “anarxist kapitalist” kimi tanıdan prezident üçün bir növ referendum xarakteri daşıyır.

 

Səs yazıları və ittihamlar

Korrupsiya qalmaqalı ötən həftə yerli medianın Əlillər Agentliyinin sabiq direktoru Dieqo Spanyuolonun prezidentin bacısı və yaxın müşaviri Karina Miley, eləcə də digər yüksək vəzifəli şəxslərlə rüşvət planını müzakirə etdiyini iddia edən səs yazılarını dərc etməsilə üzə çıxıb. Bu sxemin ayda 800 min dollara qədər qazanc gətirdiyi iddia olunur.

X.Miley səs yazılarının dərcindən sonra D.Spanyuolonu vəzifəsindən azad edib. Hazırda həmin materiallarla bağlı araşdırma aparılır, lakin prokurorlar hələ rəsmi ittiham irəli sürməyiblər.

Prezident mövzu ilə bağlı günlərlə davam edən susqunluğunu avqustun 27-də bir seçki aksiyasında pozaraq, jurnalistin sualına ittihamları rədd etməklə cavab verib. Lakin az sonra o, etirazçıların prezidentin kortejinə daş atması səbəbilə tədbirdən təxliyə olunub.

Avqustun 28-də ticarət məsələləri üzrə konfransında iş adamları qarşısında daha geniş açıqlamalar verən X.Miley deyib: “Bu məsələyə aydınlıq gətirmək məhkəmələrin işidir və biz onların əmrinə tabeyik. Ancaq hakimlərin cinayətləri araşdırmaq əvəzinə, ən köhnəlmiş siyasi oyunlarla vaxt itirməyə məcbur qalmalarından təəssüf hissi keçirirəm.”

MƏNBƏ:TRT
Araşdırma
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib
Çin Donald Tramp-Si Cinpin görüşdən əvvəl ABŞ-a çağırış etdi