SİYASƏT
1 dəqiqə oxuma
İsrail Livana xəbərdarlıq edib
İsrail danışıqların uğuqsuzluqla nəticələnəcəyi təqdirdə hərbi gərginliyin yenidər artacağı barədə xəbərdarlıq edib
İsrail Livana xəbərdarlıq edib
İsrail Livana xəbərdarlıq edib / Reuters

İsrail mediasının yaydığı məlumata görə, rəsmi Təl-Əviv ABŞ-nin vasitəçiliyi ilə Livanla aparılan danışıqlarda razılığın əldə olunması üçün iki həftəlik vaxta ehtiyac duyulduğunu açıqlayıb. İsrail danışıqların uğuqsuzluqla nəticələnəcəyi təqdirdə hərbi gərginliyin yenidər artacağı barədə xəbərdarlıq edib.

Məlumata əsasən, İsrail tərəfi may ayının ortalarına qədər uzadılan mövcud atəşkəs rejimini Livanla əsaslı sazişin imzalanması şərti ilə qəbul edib. KAN xəbər agentliyinə müsahibə verən və adı açıqlanmayan İsrail rəsmisi deyib:"Biz sonsuzadək gözləyə bilmərik, danışıqlara cəmi iki həftə vaxt veririk".

ABŞ administrasiyası yaxın iki həftə ərzində İsrail Baş naziri Benyamin Netanyahu ilə Livan Prezidenti Cozef Aun arasında görüş təşkil etməyə çalışır. Lakin ekspertlər belə bir görüşün baş tutma ehtimalına şübhə ilə yanaşırlar.

Xatırladaq ki, aprelin 17-də elan edilmiş 10 günlük ilkin atəşkəs rejiminin müddəti ötən cümə axşamı daha üç həftə uzadılmışdı.

Livanın rəsmi məlumatlarına görə, martın 2-dən bəri davam edən hücumlar nəticəsində ən azı 2534 nəfər həlak olub, 7863 nəfər yaralanıb, 1,6 milyondan çox insan isə yurd-yuvasından didərgin düşüb.

Araşdırma
Rusiya Ukraynın paytaxtından xarici diplomatları təxliyə etməyə çağırıb
Pakistan ABŞ-İran danışıqlarının ikinci mərhələsinə hazırlaşır
Tramp Hörmüz boğazındakı “Azadlıq Layihəsi”ni dayandırdı
Kuba XİN rəhbəri: "ABŞ ölkəmizə qarşı iqtisadi müharibə aparır"
ABŞ 373 milyon dollarlıq bomba paketi ilə Ukraynanın hərbi gücünü artırmağı planlaşdırır
İran Parlamentinin sədri: "Hörmüz boğazında yeni tənlik formalaşır"
İ.Əliyev:''Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə mane olur''
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir
A.Kosta: ''Cənubi Qafqazdakı yeni siyasi reallıqlar sülh və inkişaf üçün strateji imkanlar yaradır"
İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı planlarına sərt reaksiya verdi
Merts: "Əsgər sayının azaldılmasına baxmayaraq, ABŞ Almaniyanın "ən vacib tərəfdaşı" olaraq qalır"
ABŞ Hörmüz boğazında 'Azadlıq layihəsi'nə start verib
İran ABŞ-yə iki seçim təklif etdi
İran dövləti ABŞ-a müharibələri dayandırması üçün 1 ay vaxt verdi
Bəndər əl-Xureyf:"Türkiyə strateji tərəfdaşımızdır"
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq"
Trampa İrana qarşı mümkün hücumlarla bağlı hərbi brifinq veriləcək
ABŞ-nin ən böyük aviadaşıyıcısı bir neçə gündən sonra Yaxın Şərqi tərk edəcək
Möhsün Rzayi İran limanlarına tətbiq edilən mühasirəni  uğursuz adlandırıb
ABŞ miqrant uşaqların deportasiyasını sürətləndirməyi planlaşdırır