Əminə Ərdoğan Qəzzadakı qadın jurnalistlərin cəsarətini yüksək qiymətləndirdi
Türkiyənin “NSosyal” platformasında paylaşım edən Əminə Ərdoğan Qəzzada törədilən soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün həyatlarını riskə atan “qəhrəman qadın jurnalistlərin” həqiqətin səsini dünyaya çatdırdığını bildirib
Türkiyənin birinci xanımı Əminə Ərdoğan oktyabr ayında əldə edilən atəşkəsə baxmayaraq İsrailin hücumlarına məruz qalan Qəzzada baş verənləri sənədləşdirən qadın jurnalistlərin roluna diqqət çəkərək onları “müdriklik və cəsarət” simvolu adlandırıb.
Türkiyənin “NSosyal” platformasında paylaşım edən Əminə Ərdoğan Qəzzada törədilən soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün həyatlarını riskə atan “qəhrəman qadın jurnalistlərin” həqiqətin səsini dünyaya çatdırdığını bildirib.
Ə.Ərdoğan deyib: “Onların çəkdiyi hər görüntü, dediyi hər söz və atdığı hər addım haqsızlığı ortaya qoyan bir həqiqətin səsidir. Bu səsi yaşatmaq, onların mirasını gələcəyə daşımaq üzərimizə düşən ən qiymətli məsuliyyətdir’’.
Ə.Ərdoğanın bu açıqlaması Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən “Soyqırımın Qadın Şahidləri: Qəzzada Media və Müqavimət” adlı proqramdan sonra yayımlanıb.
‘‘Sərhədsiz Reportyorlar’’ təşkilatının illik hesabatında bildirilir ki, bu il dünyada öldürülən 67 jurnalistin təxminən yarısının ölümünə İsrail cavabdehdir. Qəzzada İsrail qüvvələri tərəfindən 29 fələstinli jurnalist öldürülüb.
Hesabatda qeyd olunur ki, İsrail qüvvələri tərəfindən öldürülən jurnalistlərin sayı dünyada həlak olan jurnalistlərin ümumi sayının 43 faizini təşkil edir ki, bu da İsraili “jurnalistlərin ən böyük düşməni”nə çevirir. Hesabat 2024-cü ilin dekabr ayına qədər olan 12 aylıq dövrü əhatə edir.
‘‘Sərhədsiz Reportyorlar’’ Təşkilatının digər məlumatlarına görə, 7 oktyabr 2024-cü ildən bəri İsrail ümumilikdə təxminən 220 jurnalistin ölümünə səbəb olub.