SİYASƏT
1 dəqiqə oxuma
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin tələbini rədd edib
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin seçkilərin nəticələrini ləğv etmək tələbini rədd edib. Konstitusiya Məhkəməsinin qərarı qətidir və qərara yenidən baxıla bilməz
00:00
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin tələbini rədd edib
Zourabichvili 19 noyabr tarixində seçkilərin 26 oktyabr nəticələrinin ləğv edilməsi üçün məhkəməyə iddia qaldırdı. / Reuters

Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin oktyabrda keçirilən mübahisəli parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddiasını rədd edib. Ötən cümə günü qəbul edilən və çərşənbə axşamı Konstitusiya Məhkəmənin saytında yayımlanan qərarda Zurabişvilinin qaldırdığı iddiaya "mahiyyətcə baxılmayacaq" deyilib.

Məhkəmə həmçinin 30 müxalif deputatın ‘’Gürcü Arzusu’’ partiyasının qazandığı seçkilərin nəticələrinə qarşı qaldırdığı digər iddianı da rədd edib. Qərarda qeyd olunub ki,  qərar qətidir və bu işә yenidən baxıla bilməz.

Davam edәn etirazlar

Salome Zurabişvili noyabrın 19-da Konstitusiya Məhkəməsinə müraciət edərək oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrinin ləğvi üçün iddia qaldırmışdı. "Gürcü Arzusu" partiyası seçkilərdə sәslәrin  53,93% toplayaraq 150 yerlik parlamentdə 89 yerin əksəriyyətini qazanıb.

"Gürcü Arzusu" partiyasının rəsmiləri, o cümlədən baş nazir İrakli Kobaxidze və partiyanın fəxri sədri Bidzina İvanişvili seçkilərdə əldə edilən nəticələrdən məmnun olduqlarını açıqlayıblar. Lakin Zurabişvili nəticələri tanımadığını və səsvermənin Rusiyanın müdaxiləsi ilə nəticələndiyini iddia edib. Müxalifət partiyaları isə seçkilәri "oğurlanmış" adlandıraraq, hökumətə qarşı etiraz aksiyaları keçirib. Bu arada  Gürcüstanın  Aİ-yə tam hüquqlu üzvlüyü ilә bağlı danışıqlar dayandırılıb.

Kobaxidze seçki saxtakarlığı ilə bağlı iddiaları rədd edərək, seçkilərdə baş verən hər hansı "qarışıqlığı" dünyanın digər yerlərində keçirilən seçkilərdə də yaşana biləcəyini bildirib.

Prezident hələlik məhkəmənin qərarına münasibət bildirməyib.

MƏNBƏ:TRT Global
Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub