İran Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etməyi nəzərdən keçirir
İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq edilməsini nəzərdə tutan yeni qanun layihəsini müzakirə edir.
İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq edilməsini nəzərdə tutan yeni qanun layihəsini müzakirə edir.
ISNA xəbər agentliyinin yaydığı məlumata görə, rəsmi Tehran dünyanın ən mühüm enerji dəhlizlərindən biri olan Hörmüz boğazından keçən gəmilər üçün yeni tranzit rüsumlarının tətbiqini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirir.
İranlı millət vəkilinin açıqlamasına görə, bu təşəbbüs boğazdan gəmiçilik, enerji daşınması və qida təchizatı üçün “təhlükəsiz keçid” kimi istifadə edən ölkələrin İrana rüsum ödəməsini nəzərdə tutur.
Bu təklif regionda gərginliyin yüksək həddə çatdığı bir vaxtda gündəmə gəlib.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ-ın İrana birgə hücumu nəticəsində ölkənin keçmiş ali dini lideri Əli Xamenei də daxil olmaqla təxminən 1300 nəfər həyatını itirib.
İran bu hücumlara cavab olaraq gündəlik 20 milyon barel neftin və dünya üzrə mayeləşdirilmiş təbii qazın (LNG) təxminən 20 faizinin daşındığı Hörmüz boğazında hərəkəti məhdudlaşdırıb və bununla da qlobal enerji bazarlarına ciddi təsir göstərib.